DGK İranla sərhədə nəzarəti gücləndirir
Bizi izləyin

Nida Xəbər

DGK İranla sərhədə nəzarəti gücləndirir

Dövlət Gömrük Komitəsi (DGK) “B-scan” adlı yoxlama aparatı almağı planlaşdırır.

Publika.az xəbər verir ki, bunu Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması Baş İdarəsinin Gömrük əməliyyatlarının tənzimlənməsi idarəsinin rəisi Anar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

A.Məmmədov bildirib ki, bu avadanlıqlar vasitəsilə insanların daxili orqanlarında gizlədilən narkotik vasitələr və qanunsuz predmetlər gömrük ərazisində qısa zamanda aşkarlanacaq:

"Avadanlıqların əsasən İranla sərhəddə yerləşən gömrük sərhəd-keçid məntəqələrində yerləşdirilməsi nəzərdə tutulub”.

A.Məmmədov qeyd edib ki, yeni yoxlama avadanlıqları bu ilin sonunadək gətiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm