Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalandı
Bizi izləyin

Nida Xəbər

Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalandı

Sentyabrın 25-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Bakıda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində iştirak edən Türkiyənin “ASELSAN” şirkətinin İdarə Heyətinin sədri-baş direktor Haluk Görgünün başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən Publika.az-a bildiriblər ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb.

Haluk Görgün “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm