Putin Bakıya gəlir: Bu, İrəvana bir işarədir - Rus ekspert
Bizi izləyin

Nida Xəbər

Putin Bakıya gəlir: Bu, İrəvana bir işarədir - Rus ekspert

Azərbaycanla Rusiya arasında dialoqun aktivləşməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Aktual iqtisadiyyat İnstitunun rəhbəri Nikita İsayev Real TV-yə deyib.

O bildirib ki, iki ölkənin həm siyasi, həm iqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanları var:

“Azərbaycan və Rusiya arasında aktiv siyasi dialoqa baxmayaraq, iqtisadi münasibətlər arzulanan səviyyədə deyil. Həm Rusiya, həm də Azərbaycan iqtisadiyyatının əsas hissəsini neft və qaz sahəsi təşkil edir. Hər iki ölkə qeyri-neft sektorunun inkişafında maraqlıdır. İki ölkə logistika sahəsində əməkdaşlığı inkişaf etdirə, Şimal-Cənub nəqliyyat dəhlizi də iki ölkə üçün böyük imkanlar yarada bilər. Siyasi məqama gəldikdə isə qeyd etmək istərdim ki, Qərb və Rusiyanın arasında qalan Ermənistanın Rusiya ilə münasibətləri soyuqlaşır. Bu isə Rusiya və Azərbaycan arasında münasibətlərin isinməsinə səbəb olur. Rusiya və Azərbaycan prezidentləri arasında tez-tez baş tutan görüşlər bir növ Ermənistan üçün işarədir ki, Moskva Dağlıq Qarabağ münaqişəsini həll olunması məsələsində Azərbaycanın yanında ola bilər. Biz bilirik ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rola malikdir”.

Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Bakıya gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm