“Azərbaycanın ən böyük güzəşti...” – ŞƏRH
Bizi izləyin

Nida Xəbər

“Azərbaycanın ən böyük güzəşti...” – ŞƏRH

Nikol Paşinyan əvvəlki hakimiyyətlərin – Serj Sarkisyan və Robert Koçaryanın siyasətini davam etdirir. Ermənistan baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında səsləndirdiyi fikirlərdə heç bir məntiq yoxdur.

Bunu Publika.az-a açıqlamasında Xəzər məsələləri üzrə ekspert, politoloq Rüstəm Məmmədov Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışını şərh edərkən deyib.

Azərbaycanın münaqişənin həllində tarixi faktlar, beynəlxaq hüquq və prinsiplərə söykəndiyini deyən ekspertin sözlərinə görə, Dağlıq Qarabağ tarixən Azərbaycanın ərazisi olub və bundan sonra da belə olacaq.

“1924-cü ildə Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar vilayət status verilib. Ermənistanın indi Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsi və beləliklə, tarixi faktlar, beynəlxaq hüquq və prinsiplərə qarşı çıxması, reallığı dəyişdirmir. Mən bunu beynəlxalq konfranslarda, BMT-də ermənilərə bildirmişəm və onlar bunu qəbul ediblər. Necə yəni, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz? Paşinyanın çıxışında heç bir məntiq yoxdur”, - Rüstəm Məmmədov bildirib.

Paşinyanın münaqişənin “əsas subyekti” adlandırdığı Dağlıq Qarabağla bağlı Azərbaycanın dialoqa başlamalı olduğu barədə tələbini yeniləməsinə gəlincə, ekspert qeyd edib ki, bu yalnız, Ermənistanın bir kənara durması və qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxarması halında ola bilər:

“Ermənistan burada maraqlı tərəf kimi çıxış edir, separatizmi dəstəkləyir. Bu halda, separatçı qurumla danışıqlar ola bilərmi? Ola bilməz”.

Ermənistan baş nazirinin “münaqişə tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll olunmalıdır” istəyinə toxunan müsahibimiz bildirib ki, Azərbaycanın ən böyük güzəşti Dağlıq Qarabağa veriləcək yüksək status ola bilər: “Azərbaycan ona ən yüksək – müstəqillikdən bir qədər aşağı status verir. Ermənistan başqa nə istəyir? Azərbaycan və Ermənistan Avropa Şurasının Milli azlıqlar barədə Konvensiyasını imzalayıb. Həmin konvensiyanın 21-ci maddəsinə görə, milli azlıqlar milli ərazini parçalamadan öz müqəddəratını təyin edə bilər. Bu konvensiyada Ermənistanın da imzası var. Milli azlıq heç bir halda milli çoxluğun iradəsinin əksinə gedə bilməz”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm