Avropada oturub Azərbaycana qarşı iş aparanların... - Deputat
Bizi izləyin

Nida Xəbər

Avropada oturub Azərbaycana qarşı iş aparanların... - Deputat

Parlamentin plenar iclasında Milli Məclisinin 2018-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, deputatlar işlər planına müəyyən təkliflər verib.

Zahid Oruc deyib ki, Azərbaycan informasiya təhlükəsizliyinə ciddi əhəmiyyət verməlidir:

“Azərbaycan dövlətinə qarşı xaricdə informasiya savaşı aparılır. Dünyada Yutub kanalını izləyənlərin sayı milyonları keçib. XXI əsrin dövləti öz təhlükəsizliyini başqa mexanizmlərlə qurmalıdır. Hesab edirəm ki, Azərbaycan Yutub kanalından öz təbliğatını qurmadılar.

Biz terrorla qarşı qanunvericilik qəbul etmişik. Fikrimcə, Avropada oturub Azərbaycana qarşı iş aparanların fəaliyyəti bu qanuna əsasən qiymətləndirilməlidir.

Dövlət başçısına olan hücumlar dövlətə və Azərbaycanın təhlükəsizliyinə olan hücumdur.

Belə kampaniyaları aparanlardan biri Fəxrəddin Abbaszadə adlı şəxsdir. Çox yaxşı haldır ki, həmin şəxs Moskvada həbs olunub. Bu şəxslərin cəzalandırılması, ölkəyə qaytarılması özlərinə cəzasızlıq mühitində hiss edənlərə bir cavab olardı”.

Deputat Vahid Əhmədov xatırladıb ki, ötən il əmanətlərin sığortalanması haqda qanun layihəsi qəbul olunub: “Bu qanun layihəsinin müddəti 3 ildir və 2019-cu ildə qüvvədən düşəcək. Hazırda bank sistemində vəziyyət ürəkaçan deyil. Təklif edərdim ki, bu qanun layihəsinin müddəti uzadılsın”.

V.Əhmədov Konstitusiya Məhkəməsinin xarici valyuta ilə alınan kreditlərlə bağlı qanun qəbul etməsinin vəziyyətdən çıxış yolu olmadığını deyib:

“Bu, ağır nəticələr yarada bilər. İndiyə qədər biz banklara, digər strukturlara yazırdıq və nəticədə insanlara müəyyən güzəştlər edilirdi. Mən cənab prezidentdən xahiş edirəm ki, bu məsələyə diqqət ayırsın”.

Hazırda müzakirələr davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm