Spikerdən deputatlara İRAD: Onlar üçün pulsuz ingilis dili kursları təşkil etdim, amma...
Bizi izləyin

Nida Xəbər

Spikerdən deputatlara İRAD: Onlar üçün pulsuz ingilis dili kursları təşkil etdim, amma...

“Hazırda Azərbaycanda elm adamlarının, siyasətçilərin əksəriyyəti beynəlxalq dil olan ingilis dilində sərbəst danışa bilmir. Biz ingilis dilini mükəmməl öyrənməliyik. Çünki beynəlxalq aləmə çıxışımız bu dillədir”.

Publika.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin bugünkü iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev dilə gətirib.

Deputat deyib ki, hazırda Azərbaycanda ingilis dilinin öyrənilməsi ilə bağlı vəziyyət çox acınacaqlıdır:

“Bizim ingilis dilinə ehtiyacımız var. Ona görə də bu dili mükəmməl öyrənməliyik. Vaxtilə mərhum prezident Heydər Əliyev rus dilinin öyrənilməsi üçün təşəbbüslər göstərirdi. Nəticədə də Azərbaycanın bir çox ziyalıları, müxtəlif vəzifəli insanlar rus dilini öyrənirdilər və sərbəst şəkildə bu dildə danışa bilirdilər. Həmin dövrdə bizim beynəlxalq aləmə çıxışımız da məhz rus dilində idi. Ancaq indi Azərbaycanın beynəlxalq aləmə çıxışı ingilis dilindədir. Ona görə də biz ingilis dilini mükəmməl öyrənməliyik”.

Spiker Oqtay Əsədov deputatın təklifinə müsbət yanaşdığını söyləyib:

“Bir neçə il əvvəl mən təşəbbüs göstərdim, deputatlar üçün pulsuz ingilis dili kursları təşkil olundu. Çox təəssüf ki, həmin kurslara deputatlar gəlmədilər, fəallıq göstərmədilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm