• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Bu, Düşənbə razılaşmasını öncədən şərtləndirən mühüm səbəbdir - Ekspert

Bu, Düşənbə razılaşmasını öncədən şərtləndirən mühüm səbəbdir - Ekspert

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sonuncu Düşənbə razılaşmasına aparan prosesdə Azərbaycan diplomatiyasının həlledici rol oynamasına yanaşmalar birmənalıdır.

Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Azərbaycan Prezidentinin sülh danışıqlarına sadiqliyi və danışıqların Ermənistan-Azərbaycan formatında aparılmasına dair ardıcıl və qətiyyətli mövqeyi Düşənbə razılaşmasını öncədən şərtləndirən mühüm səbəblərdir:

"Düşənbə razılaşması danışıqlar prosesinin fəallaşdırılmasına yeni imkanlar açmaqla bərabər, həm də Ermənistanda parlament seçkiləri öncəsi gedən proseslərə çox ciddi təsir göstərmək gücünə malikdir. Ermənistan cəmiyyəti, xalqı təcavüzkar Qarabağ siyasətinin bütün ağrılarını yaşayır, bu proses 30 ilə yaxındır gedir, təcavüzkar siyasətə görə bütün regional layihələrdən kənarda qalmağın sosial-iqtisadi ağırlığını erməni ailələrinin azı 90 faizi öz gündəlik həyatında hiss edir".

Baş redaktor qeyd edib ki, erməni xalqı bütün bunların məhz təcavüzkar siyasətin və Azərbaycanın gördüyü haqlı cavab tədbirlərinin nəticəsi olduğunu yaxşı bilir: "Əgər erməni xalqı təcavüzkar və sərt Qarabağ siyasətinin davam etdirilməsini istəsəydi, bu siyasəti ən ifrat səviyyədə aparan Sarkisyanın hakimiyyətdən devrilməsinə dəstək verməzdi. Bu mənada, Paşinyanın ilk aylarda apardığı qeyri-konstruktiv Qarabağ siyasətinin erməni xalqının həlledici çoxluğunun gözləntilərinə uyğun olduğunu qətiyyən iddia etmək olmaz".

Ekspertin fikrincə, Düşənbə razılaşmasının ruhuna uyğun olaraq Paşinyanın nisbətən konstruktiv Qarabağ platformasına keçməsi onun seçkiqabağı daxili siyasi mövqeyini gücləndirən faktora çevrilə bilər:

"Konstruktiv siyasətə keçidin ifadəsi olan Düşənbə razılaşması növbədənkənar parlament seçkilərində Paşinyana ictimai dəstəyin yeni dalğasını qaldıra bilər. İqtisadi-sosial vədlərin tezliklə yerinə yetirilməsinin mümkünsüz olduğunu Ermənistanda, ən azı, siyasi dairələr yaxşı anlayır. İllər boyu ağır sosial problemlər içində yaşayan erməni xalqını ovundurmaq üçün təcavüzkar Qarabağ siyasətini dəyişdirməkdən ideal kurs olla bilməz. Odur ki, Azərbaycan Prezidenti ilə əldə edilmiş Düşənbə razılaşması parlament seçkisində Paşinyana qəti qələbə imkanları açan faktor kimi görünür. Əvvəlki iqtidarlardan cana doymuş ermənilərin məhz konstruktivliyə meyilləndiyi üçün seçkidə Paşinyana üstün dəstək verə biləcəkləri daha məntiqli görünür".

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR