Azərbaycanda iki muzey birləşdirildi
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda iki muzey birləşdirildi

Nazirlər Kabineti 2014-cü il 17 iyun tarixli ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Büdcədən maliyyəşdirilən qurumlar” bölməsinin “Muzeylər” hissəsinə dəyişiklik edib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədovimzalayıb.

Qərara əsasən “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Büdcədən maliyyəşdirilən qurumlar” bölməsinin “Muzeylər” hissəsinin 2.6-cı bəndi ləğv edilib. Qərarla Mədəniyyət Nazirliyinin təklifi nəzərə alınaraq, Azərbaycan Dövlət Din Tarixi Muzeyi Azərbaycan İstiqlal Muzeyinə birləşdirilib.

Mədəniyyət Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm