Nida Xəbər
Paşinyan Azərbaycanın gücünü bilir - Ziyafət Əsgərov
İstənilən halda Ermənistanın baş naziri Nikol Paşinyanın destruktiv bəyanatları qətiyyən qəbul oluna bilməz.
Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində yumşaq mövqe nümayiş etdirməsinə münasibət bildirərkən söyləyib.
Z.Əsgərov qeyd edib ki, N.Paşinyan yalnız daxili auditoriya üçün danışır: "Paşinyan Azərbaycanın gücünü bilir, Azərbaycanın Prezidentini də çox yaxşı tanıyır, onun hansı intellektə, gücə malik olduğunu da çox yaxşı bilir. Qarşıdakı seçkilərdə onun partiyasının qalib gəlib-gəlməyəcəyi bilinmir. Hesab edirəm ki, o, bu vəziyyətdən istifadə edərək daxili auditoriyanı öz tərəfinə çəkmək üçün müəyyən qədər xal yığmaq istəyir. Ancaq istənilən halda onun destruktiv bəyanatları qətiyyən qəbul oluna bilməz".
O əlavə edib: "Hər bir halda mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmalıdır. Bu, müzakirə obyekti deyil. Nə qədər ki, Ermənistan bu işğalçılıq siyasətindən əl çəkməyib, bütün layihələrdən kənarda qalacaq, Ermənistanda vəziyyət indi olduğu kimi siyasi iflic vəziyyətində olacaq və Ermənistan bu vəziyyətdən heç zaman çıxa bilməyəcək. Amma hər halda gec deyil, onların fikirləşməyə vaxtları var".
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO