• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Əli Həsənov: Azərbaycanın yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır

Əli Həsənov: Azərbaycanın yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır

Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır.

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Bakı Dövlət Universitetində tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfransda çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan xalqının qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev XXl əsrin ən görkəmli siyasi liderlərindən biridir: "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. 1990-cı ilin əvvəllərində ulu öndərin ətrafında birləşmiş şəxslər müstəqil Azərbaycan Respublikasının formalaşması və inkişafına böyük töhfələr veriblər və onların adı Heydər Əliyevin adının yanında yazılıb".

Bu insanlardan birinin M.Ələsgərov olduğunu deyən Prezident köməkçisi bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə Yeni Azərbaycan Partiyası Siyasi Şurasında təmsil olunan 51 nəfərlə, Azərbaycan xalqı, ziyalılarla başlayıb:

"Mən Murtuz Ələsgərovu tanıyanda o, artıq Azərbaycan tarixinə öz adını yazdırmışdı. Ancaq Murtuz müəllim bununla kifayətlənmədi. Onun Azərbaycanın müstəqillik yolunun başlanğıcında göstərdiyi xidmətlər, xüsusilə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları hər kəsə məlumdur".(trend)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>