Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda
Bizi izləyin

Nida Xəbər

Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokoluna əsasən, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının nümayəndə heyəti Bakıda səfərdədir.

Publika.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyənin nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub. Görüşdə Azərbaycan tərəfindən Xarici dil və Tərəfdaşlıq Mərkəzi, Türkiyə tərəfindən isə Quru Qoşunlarının Dil Məktəbi haqqında brifinqlər təqdim olunub.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri müzakirə olunub.

Səfər oktyabrın 5-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm