İrəvan qarışdı: Rusiya barmağı varmı? - İsti şərh
Bizi izləyin

Nida Xəbər

İrəvan qarışdı: Rusiya barmağı varmı? - İsti şərh

Dəyişiklikdən öncəki qaydalar imkan verirdi ki, xalq Nikol Paşinyanın istefasından sonrakı 2 həftə ərzində parlamentin qarşısımda toplaşıb, yeni hökumət başçısı seçilməsinə maneə törətsin və beləliklə, parlamentin buraxılmasına nail olsun. Qanuna edilən dəyişiklik isə bəhs etdiyimiz prosesin baş tutmasını əngəlləyir və səlahiyyətli şəxs olan spikerə imkan verir ki, başqa qüvvələrin təzyiqi olacağı təqdirdə, parlamentin buraxılmasını təxirə salsın.

Bu sözləri hazırda Ermənistanda baş verən prosesləri Axar.az-a şərh edən politoloq Ehtiram Aşırlı deyib. O bildirib ki, bu gün qəbul edilən dəyişiklikdən sonra N.Paşinyanın mitinq çağırışı vəziyyətdən çıxmaq üçün son çarədir:

“İrəvan Şəhər Şurasına keçirilən seçkilərdə Nikol Paşinyanın blokunun böyük üstünlüklə qalib gəlməsi bir daha göstərdi ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi Serj Sərkisyanın lideri olduğu Respublikaçılar Partiyasının, Qarabağ klanının Ermənistan siyasətindəki uzun sürən hökumranlığına son verilməsi ilə nətilənəcək. Həmçinin Qagik Çarukyan da öz sərvətini və siyasi təsirini itirə biləcəyi qorxusu ilə Respublikaçılar Partiyasıyla birlikdə hərəkət etdi. Bir sözlə, RP, Çarukyan Bloku və Daşnaksütyun – hər üç fraksiya bir araya gələrək, N.Paşinyana qarşı müqavimət göstərmək qərarı verdi. Bu qüvvələrin bir araya gəlməsində Rusiya və Robert Köçəryanın əlinin olması ehtimalını da yüksək dəyərləndirirəm”.

Politoloq bildirib ki, hazırda İrəvanda baş verənlərin “əks-inqilab” adlandırılması mümkündür:

“Xüsusilə Çarukyanın sözügedən partiyalarla görüşləri və paralel olaraq, bu ərəfədə Moskvaya iki dəfə səfər etməsi prosesin arxasında Rusiyanın bəzi dairələrinin durması ehtimalını gündəmə gətirir. Ancaq hər şey kütlədən asılıdır: küçənin təzyiqi ilə parlament bugünkü qərarından geri addım atsa və əvvəlki qayda üzrə özünü buraxmağa məcbur edilsə, bu, Rusiyanın növbəti məğlubiyyəti kimi qələmə veriləcək. Rusiyanın isə hadisələrin bu cür gedişatı ilə razılaşmaması və baş verənləri qeyri-konsturktiv addım kimi qəbul etməsi də mümkündür. Bu zaman İrəvanda siyasi böhran daha da dərinləşəcək və ölkədə xaos yaranacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm