Bahar Muradova: Ulu öndər Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının rifah içərisində yaşamasını təmin etdi
Bizi izləyin

Nida Xəbər

Bahar Muradova: Ulu öndər Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının rifah içərisində yaşamasını təmin etdi

Ümummilli lider Heydər Əliyev 1993-cü il oktyabrın 3-də prezident seçilməklə hər bir Azərbaycan vətəndaşının rifah içərisində yaşamasını təmin etdi.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin oktyabrın 3-də keçirilən iclasında komitənin sədri, parlamentin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, oktyabrın 3-də ümummilli lider Heydər Əliyev birbaşa seçki vasitəsilə Azərbaycan seçicilərinin 98%-nin səsini, etimadını qazandı, rəsmən Azərbaycan Respublikasının Prezidenti oldu.

B.Muradova bildirib ki, ulu öndər Heydər Əliyev prezident seçilməklə Azərbaycan dövlətini inkişaf etdirmək və hər bir Azərbaycan vətəndaşının rifah içərisində yaşamasını təmin etmək üçün çox böyük bir vəzifəyə rəsmən başladı:

“Həmin vaxtdan da Azərbaycanda böyük inkişaf, dirçəliş mərhələsi başladı. Bu, Azərbaycanın siyasi tarixində çox əlamətdar günlərdən biridir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm