Separatçılar birgə çalışırsa, Gürcüstan TƏHLÜKƏDƏDİR - Politoloqdan PROQNOZ
Bizi izləyin

Nida Xəbər

Separatçılar birgə çalışırsa, Gürcüstan TƏHLÜKƏDƏDİR - Politoloqdan PROQNOZ

“Gürcü xalqı tarix boyu öz maraqlarına xəyanət edən, zidd hərəkət edən şəxslərə, dövlətlərə qarşı layiqli cavablar verib”.

Bu sözləri Publika.az-a politoloq Fikrət Sadıqov Ermənistanın tarix boyu Gürcüstana qarşı xəyanətkar əməllərini şərh edərkən deyib.

O bildirib ki, gürcü xalqının tarixinin ən qanlı və kədərli hadisələrindən birinə - Suxuminin işğalının 25 illiyinə qondarma rejimin rəhbəri Bako Saakyanın sizin ərazi bütövlüyünüzü və suverenliyinizi pozmağa cəhd edirik tərzdə bəyannaməsinə qarşı təbii ki, Gürcüstan cavabsız qalmayacaq:

“Ermənistan Gürcüstanın siyasi maraqlarına qarşı qəti addım atsa, əmin olun ki, gürcü xalqı eləcə oturub, baş verənlərə sakitcə tamaşa etməyəcək. Onlar da öz növbəsində əks tədbirlər görəcək. Hazırda bu qondarma, separatçı rejimlər onları qane edir. Lakin Ermənistanın daha bir xəyanət cəhdi birbaşa Gürcüstan-Ermənistan münasibətlərinə ağır zərbə olacaq. Bu isə Ermənistanın hazırkı vəziyyətində heç də arzuedilən deyil. Çünki, Dağlıq Qarabağ separatçıları ilə Cənubi Osetiya separatçıları bir-birini tanıyır və birgə tədbirlər görürlərsə, Gürcüstan hakimiyyəti bu vəziyyətə aydınlıq gətirib öz-özlüyündə nəticə çıxarmalıdır. Bu hal birbaşa Gürcüstan dövlətçiliyinə ağır zərbədir və bu onların maraqlarına cavab vermir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm