"Sarkisyan dövründə maliyyə imperiyası Paşinyana dəstək verməsəydi..." - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

"Sarkisyan dövründə maliyyə imperiyası Paşinyana dəstək verməsəydi..." - ŞƏRH

“Ermənistanın bugünkü vəziyyəti daha əvvəl buraxdığı səhvlərin nəticəsidir. Paşinyanı irəlidə çox ciddi sınaqlar gözləyir”.

Bu fikirləri Publika.az-a politoloq Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki Paşinyanın bu gün hakimiyyətdə olmasına dəstək verən qüvvələr arasında Çarukyan xüsusilə önəmlidir:

“Bu gün Ermənistanda vəziyyət kifayət qədər qəliz və çıxılmaz hal alıb. Paşinyan çox ağır zərbə alıb. Belə ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələrdən biri olan Çarukxyan Ermənistanda oliqarx şəxslərdən biridir. O Sarkisyanın hakimiyyəti dövründə özünə kifayət qədər ciddi maliyyə imperiyası qura bilmişdir. Amma başlanğıcdan onun Paşinyana dəstək olması ciddi suallar doğurub. Çünki Çaruxyanın Rusiya ilə kifayət qədər güclü ticarət əlaqələri var. Ola bilər ki, o, öz maraqlarını daha yüksək səviyyədə təmin etmək məqsədilə Paşinyana dəstək verib. Amma müəyyən faktlar onu köhnə cəbhəyə qayıtmağa vadar edib. Parlamentdə onun kifayət qədər üzvü var. Ermənistan Parlamentində onun fraksiyasının 31 üzvü var, bu isə çox güclü dəstək deməkdir. Təsəvvür edin “Respublika” Partiyası, “Daşnaksütyun” Partiyası və" Çarukyan" fraksiyası, bunlar artıq birləşmək iradəsini nümayiş etdirməyə başlayıblar. Belə olan halda, Paşinyan parlamentdə özünün hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edəcək qərarların qəbul edilməsinə nail ola bilməyəcək. Ona görə də Paşinyan siyasi meydanda təklənərək yenidən xalqa arxalanır. Onun belə bir vəziyyətdən çıxmaq səriştəsi yoxdur. İstər idarəetmə sahəsində, istərsə də siyasi sferada təcrübəsi o qədər azdır ki, buna nail ola bilməyəcək. Ona görə düşünürəm ki, Paşinyan manevr etmə qabliyyətinə malik olmadığı üçün, xalqın qüvvəsi ilə parlamentə təzyiq edərək istəklərini yerinə yetirsin. Çünki Respublikaçılar onun siyasi istəklərini qəti şəkildə qəbul etmirlər. Amma keçən dəfəki vəziyyətdən fərqli olaraq burada belə bir sual yaranır ki, xalq yenidən Paşinyana əvvəlki tək dəstək olacaqmı? Təbii ki Paşinyan öz-özünə hakimiyyətə gəlməyib. Onun hakimiyyətə gəlməsində maraqlı olan dairələr var. Həmin dairələr isə kütlə psixologiyası ilə işləməyi mükəmməl şəkildə bilir. Ümumilikdə isə düşünmürəm ki, burada miqyas apreldəki qədər güclü olacaq. Çünki apreldə küçələrə axışan əhali Paşinyana dəstək vermək üçün yox, Sarkisyanı hakimiyyətdən devirmək üçün çıxmışdı. Xalq çox ağır vəziyyətdə idi və çıxış yolu yalnız etiraz etmək idi. Bu baxımdan avtomatik olaraq o bu şəraitdən yararlandı. Lakin təbii ki, o, verdiyi vədlərə əməl etmədiyi üçün bu şərait ikinci dəfə təkrarlanmayacaq. Bildiyiniz kimi, bu bir neçə ayda Paşinyan ciddi addım atmadı. O, hakimiyyətin ilk günlərində öz mövqelərini Qarabağ kartı üzərindən gücləndirməyə çalışırdı. Yəni, bu, məqsədli şəkildə sırf öz şəxsi maraqları üçün edilirdi. Çünki Qarabağ kartı xalqı idarə etmək üçün sınaqdan keçirilmiş “silah” idi . Paşinyanın sərt işğalçılıq və hərbi ritorikası dəqiq şəkildə proqnozlaşdırmağa imkan verirdi ki, o, erməni xalqı qarşısında sosial-iqtisadi problemlərin həllinə dair verdiyi vədləri yerinə yetirə bilməyəcək. Bu gün Paşinyanın xalq qarşısında dayaqları ciddi sarsılıb və onun hakimiyyətdə uzun müddət qala biləcəyinə inanmıram”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm