“Ermənistanın hədəfi Gürcüstanın Cavaxetiya bölgəsini ələ keçirməkdir”
Bizi izləyin

Nida Xəbər

“Ermənistanın hədəfi Gürcüstanın Cavaxetiya bölgəsini ələ keçirməkdir”

“Ermənistan tarix boyu qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürüb”.

Publika.az
-a açıqlamasında bu barədə “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Ermənistanın Gürcüstanın ərazi bütövlüyünə qarşı addımlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan adlı dövlətin yaranması da məhz qonşu ölkələrin – Azərbaycan və Gürcüstanın ərazilərinin mənimsənilməsi ilə həyata keçirilib.

“Ermənilər hələ də “böyük ermənistan” xülyalarından əl çəkmir, bunu reallaşdırmaq üçün hər cür xainliyi etməyə hazır vəziyyətdə gözləyirlər. İşğalçı Ermənistan Azərbaycan torpaqlarının 20 faizini zəbt edir, lakin onlar bununla kifayətlənmir, qonşu ölkələrə - Türkiyəyə, Gürcüstana qarşı da ərazi iddiaları irəli sürürlər. Bu gün Ermənistanın əsas hədəflərindən biri Gürcüstanın Cavaxetiya bölgəsini ələ keçirməkdir. Buna görə də Cavaxetiyadakı ermənilərin separatizm fəaliyyətinə dövlət səviyyəsində dəstək verilir”, - deyə o bildirib.

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin separatçı Abxaziyanın rəhbərliyinə təbrik məktubu göndərməsinə münasibət bildirən A.Quliyev qeyd edib ki, əslində bu məktub Ermənistan XİN-də hazırlanıb: “Abxaziya və Cənubi Osetiyada separatizm meyllərini dəstəklənməsi “böyük ermənistan” xülyasının bir hissəsidir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm