Erməni millətçinin cinayətkar fəaliyyəti ilə bağlı YENİ FAKTLAR - Rusiyalı tarixçi
Bizi izləyin

Nida Xəbər

Erməni millətçinin cinayətkar fəaliyyəti ilə bağlı YENİ FAKTLAR - Rusiyalı tarixçi

Qaregin Njdenin şəxsiyyətinin və açıq-aşkar irqçi nəzəriyyəsinin qəhrəmanlaşdırılması və bu nəzəriyyənin Ermənistanın dövlət ideologiyasına çevrilməsi bütün növ irqi ayrı-seçkiliyin ləğvi barədə Beynəlxalq konvensiyanın müddəalarına ziddir.

Trend-in məlumatına görə, bunu “Ermənistan: icazə verilmiş nasizm ölkəsi” mövzusuna həsr olunmuş mətbuat konfransı zamanı rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov deyib.

O.Kuznetsov bildirib ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin üzərindən məxfilik qrifi götürülmüş arxiv materialları sovet dövlət təhlükəsizliyi orqanlarında Ermənistanda nasizm ideologiyasının mövcudluğunu təsdiq edən sənədlərin olduğunu üzə çıxarıb:

“Erməni millətçiliyi və onun daşıyıcısı “Daşnaksütun” partiyası 1930-cu illərin ortalarınadək SSRİ dövlət təhlükəsizliyi orqanları tərəfindən ideoloji düşmən kimi qəbul edilib. Hələ o zaman daşnaklar nəzarət altında saxlanılırdı, daha fəal üzvlər isə hətta sürgün edilirdi”.

Tarixçi qeyd edib ki, Rusiya Dövlət Arxivinin SSRİ Daxili İşlər Xalq Komissarlığı fondunda Almaniya ordusunun əsir əsgərlərinin erməni millətçilərinin Üçüncü reyxə xidmət üçün cəlb olunması ilə bağlı dindirilməsi materialları yer alıb:

“Onlardan biri nasist Almaniyasının baş təhlükəsizlik idarəsinin agenti, əslən Şamaxıdan olan və müharibəyə qədər Avstriyada yaşamış Peter Kamsarakyan olub. Sovet xüsusi xidmətləri üçün Kamsarakyan informasiya mənbəyi kimi vacib əhəmiyyət daşıyırdı, ona görə də onun işinə SSRİ daxili işlər naziri, general-polkovnik Kruqlov bilavasitə nəzarət edirdi. 1948-ci ilin noyabrında “tam məxfi” qrifi altında onun imzası ilə cəmi altı nüsxədə Stalin, Molotov, Beriya, Malenkov və digər rəsmilərin adına arayış tərtib olunmuşdu”.

O.Kuznetsov həmin sənəddən bir nümunə gətirərək qeyd edib ki, daşnaklar bütün ölkələrdə Almaniyanı maraqlandıran və Sovet İttifaqına, Mərkəzi Amerika ölkələrinə və İngiltərəyə aid məlumatları toplayıb:

“SSRİ ilə müharibə təqdirində Almaniyanın tərkibində hakim partiyanın daşnaklar olacağı erməni dövlətinin yaradılması nəzərdə tutulurdu. Beləliklə, Türkiyənin şərqində erməni rayonlarının birləşdirilməsi ilə yanaşı, Dağlıq Qarabağın və şimalda Gürcüstanın Borçalı rayonunun hesabına Ermənistan genişləndirilməli idi. Sənəddə o da qeyd olunur ki, Kamsarakyanın ifadələri və onun erməni daşnaklarının Almaniya xidmətinə cəlb olunmasında rolu “Njde” ləqəbi ilə tanınan erməni emiqrantlarının lideri Ter-Arutyunyanın ifadələri ilə təsdiqlənir”.

O.Kuznetsov əlavə edib ki, Njde də digər millətçi daşnaklar kimi 1940-cı ildən başlayaraq alman nasistləri ilə əməkdaşlıq etdiyini etiraf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm