Azərbaycan və Polşa milli statistika orqanları arasında əməkdaşlıq genişləndirilir
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Polşa milli statistika orqanları arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nın icrası məqsədilə müəssisələr statistikasının təşkili və inkişafı sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev və Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Nuru Süleymanov 2018-ci il 2-5 oktyabr tarixlərində Polşa Respublikasının Mərkəzi Statistika İdarəsində işguzar görüşlər keçirirlər.

Səfər çərçivəsində biznes reyestrinin aparılması, müəssisələr statistikası üzrə statistik müayinələrin təşkili, məlumatların toplanması, işlənməsi, statistik vahidlərin məlumat bazasının formalaşdırılması, həmçinin qısamüddətli və struktur biznes statistikası sahəsində işlərin əlaqələndirilməsi ilə bağlı məsələlər müzakirə edilir.

Müzakirələrdə Polşa Respublikasının Mərkəzi Statistika İdarəsinin mütəxəssisləri ilə yanaşı Poznan və Lublin regional statistika idarələrinin nümayəndələri də iştirak edir.

Səfərin nəticəsi olaraq qazanılan təcrübədən Azərbaycanda müəssisələr statistikasının yeni inkişaf istiqamətlərinin müəyyən edilməsində istifadə ediləcəyi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm