Milli Məclis ipoteka ilə bağlı qanuna DƏYİŞİKLİYİ TƏSDİQLƏDİ
Bizi izləyin

Nida Xəbər

Milli Məclis ipoteka ilə bağlı qanuna DƏYİŞİKLİYİ TƏSDİQLƏDİ

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, deputatlar Mülki Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanunun layihəsini birinci oxunuşdan müzakirə edib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2016-cı ildə prezident ipoteka kreditlərinə dair sərəncam imzalayıb: “Bu daha çox ipotekaya dair sənədləşdirmənin sadələşməsini nəzərdə tutub. İndi Mülki Məcəlləyə bəzi dəyişikliklər təklif olunur. Bu dəyişikliklərin ana xəttini ipoteka sənədləşdirilməsi və prosedurların elektron qaydada həyata keçirilməsinə xidmət edir”.

Deputatlar müzakirəsiz qanun layihəsini qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm