Azərbaycan-Rusiya münasibətləri yaxşılaşdıqca... - Deputat
Bizi izləyin

Nida Xəbər

Azərbaycan-Rusiya münasibətləri yaxşılaşdıqca... - Deputat

“Azərbaycan qüdrətli ölkədir, uğurları göz önündədir. Bütün ölkələrlə, xüsusilə sərhəddə yerləşən qonşu dövlətlərlə gözəl münasibətlər saxlayır. Hətta cənab Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksə, onlarla da münasibətlər yaratmağa hazırıq”.

Publika.az xəbər verir ki, bu fikirləri parlamentdə çıxışı zamanı deputat Kamran Nəbizadə deyib.

Deputat Konstantin Zatulinin son bəyanatı haqqında danışarkən bildirib ki, bu bəyanatı Rusiyanın mövqeyi olmasa da, ziddiyyətlə doludur:

“Bu, ermənipərəst bir insanın bəyanatıdır. Təklif edirəm ki, belə bəyanatlara qarşı diqqətli və ehtiyatlı olaq. Çünki deputatların çıxışlarını bəzən bizi sevməyən qüvvələr rəsmi don geydirmək istəyirlər. Bizim Rusiya ilə münasibətlərimiz yaxşılaşdıqca, Ermənistan-Rusiya münasibətləri pisləşir. Həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Bununla belə hesab edirəm ki, belə şəxslərin bəyanatlarına cavab verərkən ehtiyatlı olmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm