"Azərbaycan Paşinyanın bəyanatlarına sadəcə gülür" - Politoloq
Bizi izləyin

Nida Xəbər

"Azərbaycan Paşinyanın bəyanatlarına sadəcə gülür" - Politoloq

“Paşinyanın bu cür bəyanatı, sadəcə olaraq Ermənistan içərisində Azərbaycana qarşı təsir imkanın olmasını göstərmək üçün edilən cəhdlərdən başqa bir şey deyil”.

Bu sözləri Publika.az-a politoloq Zeynal Əmirəliyev deyib. Onun sözlərinə görə, bu fikir o qədər önəmsiz və qeyri-ciddidir ki, buna Azərbaycanda dövlət səviyyəsində cavab belə verilmədi:

“Bununla bağlı müxtəlif fikirlər səsləndirilsə də, dövlət səviyyəsində ciddiyə alınmadı. Azərbaycan Qoşulmama hərəkatına üzvdür və bu istiqamətdə proseslər eyni qaydada davam etdiriləcək. O ki, qaldı Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) nizamnaməsinə, bildiyiniz kimi, bir vaxtlar Azərbaycan bu təşkilata üzv olub. Daha sonra bu üzvlükdən çıxmaq qərarı alıb. Düşünmürəm ki, Azərbaycan özü bu təşkilata üzvlüyünün bərpası üçün müraciət etsin. Çünki, fikrimcə, biz istəmərik ki, düşmən dövlətlə eyni təşkilatda olaq. Bu da ayrı bir mövzudur. Düşmən dövlətlə eyni bir beynəlxalq təşkilata üzv olmağımız kənardan bir qədər başqa mənalar kəsb edə bilər. Buna görə Paşinyanın verdiyi bu bəyanat, sadəcə olaraq ölkə daxilində onun guya Azərbaycana “təsir” imkanlarının olması ilə bağlı oyunudur. Ermənistanda bu gün vəziyyət o qədər qarışıqdır ki, siyasi dairələr arasında seçkiqabağı gərginlik daha da artıb. Gülünc bəyanatlar vermək yerinə Paşinyan öz sabahını fikirləşsin. Bu, sadəcə olaraq fobiadır”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm