Çingiz Qənizadə: "Zatulinin fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik"
Bizi izləyin

Nida Xəbər

Çingiz Qənizadə: "Zatulinin fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik"

Rusiya federasiyasının Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Çingiz Qənizadə Milli Məclisdə çıxışı zamanı K.Zatulinin Azərbaycan əleyhinə növbəti aqressiv açıqlamasına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, komitə rəhbərilyində olan şəxsin belə bir mövqeyi qəbulolunmazdır.

“Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Zatulin iddia edib ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edir ki, Azərbaycanın siyasəti sənədlərdən fərqli olaraq başqa cürdür. O, bir həmkarımızın özünəməxsus fikirlərini əsas götürüb, bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb. Təbii ki, biz bunu qətiyyətlə pisləyirik”.

Ç.Qənizadə daha sonra Zatulinin ermənilərə bağlı olmasına diqqət çəkib: “Zatulin Dağlıq Qarabağda qondarma parlament seçkiləri keçirilərkən qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib və Azərbaycan XİN tərəfindən arzuolunmaz şəxslər sırasına salınıb. Üstəlik, o, Batumidə anadan olub və orada acarlarla bərabər, ermənilər də yaşayır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm