• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Millət vəkili: Bu fikirlər bəzi qüvvələrin yuxusuna haram qatır

Millət vəkili: Bu fikirlər bəzi qüvvələrin yuxusuna haram qatır

“Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafı Rusiyada bəzi siyasi dairələrin yuxusuna haram qatır”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirli RF Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin fikirlərinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olması ermənipərəst qüvvələri narahat edir: “Bu gün iki dövlət və onun rəhbərləri arasında münasibətlər çox yüksək səviyyədədir. Bu, xüsusilə də ermənipərəst qüvvələri narahat edir. Rusiya dövlət dumasında əyləşən, Ermənistan maraqlarına xidmət edən şəxslərdən biri də Zatulindir. Onun anti-Azərbaycan mövqeyinə, erməni mənafeyinə xidmət göstərən, ermənipərəst qüvvələrin əlində alət olaraq onları müdafiə edən fiklirlər səsləndirməsinə dəfələrlə şahid olmuşuq. İndi də o öz ampulasındadır”.

E.Nəsirov bildirib ki, Zatulinin fikirləri ilə tanış olanda onun Azərbaycan-Rusiya münasibətlərinə ciddi cəhdlə kölgə salmaq istədiyi aydın görünür: “O, Ermənistanı sülh quşu kimi təqdim etmək istəyir, halbuki, bu dövlət Azərbaycan torpaqlarını işğal edib və bu gün də həmin siyasət davam etdirilir. Eləcə də, bir milyondan çox soydaşımızın məcburi köçkün düşməsinə səbəb də Ermənistandır. Nədənsə, Zatulin bunları görmür, Azərbaycanı militarist mövqedə ittiham edir. Azərbaycanın hərbi ritorikaya üstünlük verdiyini, silahlandığını deyir. “Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycan dağılacaq”kimi gülünc doğuran ifadələr səsləndirir. Bu anti-Azərbaycan qüvvələrin ancaq yuxularında görə biləcəkləri məsələdir. Azərbaycan bu gün çox sürətlə inkişaf edir, güclü ordumuz var və sülhpərvər dövlətdir. Aprel döyüşlərini də biz başlamamışdıq. Erməni silahlı qüvvələrinin atəşkəsi pozamasına Azərbaycan şanlı ordusu layiqli cavab verdi”.

Millət vəkili bildirib ki, Zatulinin bu yanaşması təsadüfi deyil:

“Zatulin qondarma Dağlıq Qarabağın qondarma şərəf ordedinə layiq görülüb. Bir vaxtlar o, Sarkisyanın çox ciddi müdafiəçisi idi, hətta ondan qızıl saat da almışdı. Buna görə də Zatulin Sarkisyanı şahmat taxtası arxasında mübarizə aparaq qrossmeyster kimi təqdim etmişdi. İndi də Ermənistanın yeni rəhbərinə yarınmağa çalışır. Yenə də maliyyəsini aldığı ermənipərəst qüvvələrin mənafeyinə və erməni maraqlarına uyğun hərəkət edir. Hesab edirəm ki, Rusiya Dövlət Dumasının rəhbərləri belə siyasətçilərin davranışına qiymət verməlidir. Nəticə etibarilə bu açıqlamalar ikitərəfli münasibətlərə kölgə salmaq mahiyyəti daşıyır. Zatulini ən çox narahat edən Rusiya Dövlət Duması və tanınmış siyasətçilərin Cocuq Mərcanlı kəndində beynəxlalq tədbir keçirməsi və konfransın adının “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” ifadlərinin işlədilməsidir. Bu fikirlər Zatulin kimi qüvvələrin yuxusuna haram qatır. Rusiya dövlət dumasının rəhbərliyi və müvafiq qurumlar Zatulin kimi ermənipərəst qüvvələrin məsuliyyətsiz bəyanatına qiymət verməlidir. Azərbaycan-Rusiya münasibətləri inkişaf etdikcə Rusiya-Ermənistan münasibətlərində çatların meydana çıxmasından narahatlıqlarını bu cür ifadə edirlər”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR