Kuznetsov darmadağın etdi: Zatulin Bakı pomidoru qədər deyil
Bizi izləyin

Nida Xəbər

Kuznetsov darmadağın etdi: Zatulin Bakı pomidoru qədər deyil

Konstantin Fedoroviç Zatulin həmişə Azərbaycanla bağlı qiymətləndirmələrində yumşaq desək, qeyri-adekvat olub.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçi, analitik Oleq Kuznetsov Zatulinin Azərbaycanın ünvanına səsləndirdiyi qərəzli fikirləri şərh edərkən deyib. O bildirib ki, bu Zatulinin tələbəlik travması ilə bağlıdır:

“Kasıb tələbə olan Zatulin azərbaycanlı qrup yoldaşlarından növbəti təqaüdə qədər borc pul alırdı, sonra isə geri verməyi “unudurdu”. Azərbaycanlı tələbə yoldaşları isə o pulu Zatulinə bağışlayırdı. O zamandan bəri Zatulin azərbaycanlıların qarşısında, bir növ, natamamlıq kompleksi yaşayır və bu, özünü açıq şəkildə ermənipərəst davranışla büruzə verir.

Bu gün çox az adam bilir ki, Azərbaycan prezidentinin məsləhətçisi, elm xadimi Əli Həsənov Lomonosov adına Moskva Dövlət Universitetinin tarix şöbəsində təhsil alarkən Zatulinlə qrup yoldaşı olub.

Amma mən Zatulinin yoxsul tələbəlik illəri haqda ondan deyil, Moskvada yaşayan və yaxşı elmi karyera quran bir neçə digər qrup yoldaşından eşitmişəm.

Hazırda Konstantin Fedoroviçin siyasi karyerası tamamilə Rusiyada erməni lobbisindən asılıdır. Rusiya Federasiyasının Dövlət Dumasının Soçi şəhərindəki deputatı, bütün ermənilər İrəvandan, ya da Rusiyanın ermənilər birliyindən tapşırıqları yerinə yetirərkən bir yerdə səs verdilər.

O, Dövlət Dumasının Soçi şəhərindən deputatıdır. O Soçi ki, yerli ermənilər əlbir olub, İrəvanın və Rusiya-Erməni Birliyinin tapşırığını yerinə yetirərək, Zatulinə səs verib. Onun deputatlığının sifarişini məhz kimin verdiyini deyə bilmərəm, onsuz da bu elə də önəmli deyil. Qoy bu işlə Federal Təhlükəsizlik Xidməti və Mərkəzi Seçki Komissiyası məşğul olsun. Fakt faktlığında qalır. Bütün bunlardan sonra Zatulinin həddini aşaraq Azərbaycan haqda qeyri-adekvat fikirlər səsləndirməyi təəccüb doğurmamalıdır.

Mən onunla həm siyasətçi, həm də bir insan kimi danışmaqda davam etməməyin lazım olduğunu düşünürəm.

Şəxsə münasibət avtomatik olaraq onun etdiyi bəyanatlarla, ifadələri ilə əlaqələndirilir. Buna görə də Zatulinin Qafqaza dair hər hansı bir sayıqlaması Rusiyanın sağlam siyasi mövqeyindən çox uzaq tutulmalıdır.

Bu baxımdan məni duyğulandıran onun “müharibə ehtimallarından çox danışan Azərbaycan liderləri və siyasi dairələr bizim rəqiblərimizdir” deməsi oldu.

Onun təfsirində "biz" kimdir? Əgər “biz” onun özü və Rusiyadakı erməni lobbisidirsə, onda düz deyir. Lakin bizim - erməni lobbisi ilə əlaqəli olmayan Rusiya vətəndaşları üçün Azərbaycan yaxşı və mehriban bir qonşu, etibarlı iqtisadi tərəfdaşdır. Zatulin nə qədər bu haqda xəyallar qurub arzulasa da, nə Azərbaycan, nə də onun rəhbərliyi Rusiya ilə heç vaxt düşmən ola bilməz. Azərbaycanın nahar masamızı bəzəyən pomidorları bizim üçün daha önəmlidir, nəinki Zatulinin boş fikirləri”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm