Elçin Mirzəbəyli: "Zatulin ermənilərin nüfuz müvəkkilidir"
Bizi izləyin

Nida Xəbər

Elçin Mirzəbəyli: "Zatulin ermənilərin nüfuz müvəkkilidir"

Konstantin Zatulin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavinindən daha çox Ermənistanın Rusiya parlamentindəki rəsmi təmsilçisi kimi çıxış edir. Onun bütün çıxışları Ermənistanın müdafiəsinə, işğalçı ölkədəki ayrı-ayrı hərbi cinayətkarların, korrupsioner məmurların maraqlarının ifadəsinə həsr olunur. Ermənistanla bağlı elə bir məsələ yoxdur ki, Zatulin orada iştirak etməsin. Bu şəxsin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfəri, işğalçı rejimin formalaşdırdığı qondarma rejimin nümayəndələri ilə görüşü də Zatulinin kimliyini ortaya qoyur. Əslində belə bir şəxsin Rusiya Dövlət Dumasında MDB məsələləri ilə məşğul olması Moskvanın öz maraqlarına ziddir. Çünki belə adamlar öz qəzəbli ritorikaları, həyasız və məsuliyyətsiz bəyanatları ilə Rusiyanın gözdən salınmasına xidmət edirlər.

Publika.az xəbər verir ki, bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspert qeyd edib ki, Zatulinin bütün çıxışlarında Rusiya qonşularına qarşı zor işlətməyə hazır olan, qarşılıqlı faydalı əməkdaşlığa, beynəlxalq hüquqa söykənən münasibətlərə deyil, əzici, aşağılayıcı, təhdidedici davranışlara meyilli olan bir ölkə kimi təqdim olunur. Belə bir obrazda təqdim olunan ölkə ilə isə heç bir dövlət eyni inteqrasiya məkanında təmsil olunmaq istəməz. Zatulinin fəaliyyəti Ermənistan istisna olmaqla bütün digər MDB ölkələrində Rusiyaya qarşı arzuolunmayan münasibətin formalaşmasını stimullaşdırır, bu ölkələrin ictimai rəyini Rusiyanın əleyhinə formalaşdırır. Belə bir şəxsin MDB ölkələri institutunun rəhbəri kimi fəaliyyət göstərməsi isə nonsensdir.

E.Mirzəbəylinin sözlərinə görə, bu baxımdan düşünmək olar ki, Zatulinin pozucu fəaliyyəti barədə, ilk növbədə, Rusiya cəmiyyəti düşünməlidir. Belə bir davranış, qonşularla münasibətlərin pozulmasına xidmət edən hərəkətlər ümumilikdə Rusiyaya nə verir? Zatulin vətəndaşı olduğu ölkənin, mənsub olduğu siyasi partiyanın siyasətinin yox, Ermənistanın, Rusiyadakı erməni lobbisinin maraqlarının təmsilçisidir. Onun Rusiyadakı erməni diasporunun rəhbəri Ara Abramyanla şəxsi münasibətləri, erməni iş adamları ilə sıx əlaqələri də sübuta yetirir ki, Zatulin məhz onların nüfuz müvəkkilidir.

Elçin Mirzəbəyli qeyd edib ki, Zatulin Gürcüstanda, Batumidə doğulub. Həmin dövrdə Batumidə ermənilərin sayı kifayət qədər idi. Onlar əsasən Zatulinin atasının zabit kimi xidmət etdiyi hərbi hissədə gizir olaraq fəaliyyət göstərir, xüsusilə də təminat işləri ilə məşğul olurdular. Bu baxımdan, düşünürəm ki, Konstantin Zatulinin DNK analizi ilə milli mənsubiyyəti müəyyənləşdirilsə, yaxşı olar. Onun ermənilərə olan sonsuz sevgisinə də birdəfəlik aydınlıq gələr.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm