Ekspert: “Zatulin İrəvandan gələn konyak qatarının xiffətini çəkir”
Bizi izləyin

Nida Xəbər

Ekspert: “Zatulin İrəvandan gələn konyak qatarının xiffətini çəkir”

“Zatulinin Azərbaycanın ünvanına kəskin və neqativ bəyanatlar səsləndirməsi erməni lobbisindən pul almaq və İrəvandan ona konyak qatarının göndərilməsini təmin etmək məqsədi daşıyır”.

Bu barədə Publika.az-a açıqlamasında “Baku International Policy and Security Network” Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndən sonra görünür Zatulinin payı çatmır: “İrəvanda hakimiyyətə gələn Soros məktəbinin şagirdləri Zatulinə təkcə nifrətlə baxmır, həm də onun pullarını kəsib. Ermənistanın xarici borcu 8 milyarda çatıb, cənab Tramp da artıq erməni macəralarını maliyyələşdirən dükanları bağladı. Artıq ermənilər Zatulin kimiləri yedirmirlər. Bu baxımdan, Zatulinin çağırışları keçmişin xiffətini çəkməyindən irəli gəlir. Hansı ki, vaxtilə “Qarabağ qəbiləsi” və başqa qəssablar tərəfindən maliyyələşirdi. Lakin vəziyyət dəyişib, yeni vəziyyət formalaşır. Bakı və Moskva hərtərəfli münasibətləri inkişaf etdirir. Türkiyə az qala Rusiyanın əsas müttəfiqinə çevrilib. Zatulin isə anti-Azərbaycana çağırışları ilə əvvəlki maliyyəsini təmin etməyə cəhd edir”, - deyə o bildirib.

Ekspert qeyd edib ki, Zatulin kimi adamların Rusiya hakimiyyətində təmsil olunması bu ölkənin milli maraqlarına zərbədir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm