Mahir Məmmədov: "Dövlətimizin başçısının təbriki mənə şərəf verdi"
Bizi izləyin

Nida Xəbər

Mahir Məmmədov: "Dövlətimizin başçısının təbriki mənə şərəf verdi"

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti vəzifəsinə seçilməyim münasibətilə məni təbrik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Dövlət başçısının təbriki mənə şərəf verdi və məsuliyyətimi daha da artırdı.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov ali şahmat qurumunun mətbuat xidmətinə açıqlamasında şahmat tarixində ilk dəfə azərbaycanlının FIDE-də yüksək vəzifəyə seçilməsini dünya şahmat ailəsinin Azərbaycana böyük etimadı kimi dəyərləndirib.

“Beynəlxalq Şahmat Federasiyasında yüksək vəzifəyə seçilməyim ölkəmizə və Azərbaycan idmanına böyük etimadın göstəricisidir. İdmanın inkişafı dövlətimizin siyasətinin prioritetlərindən biridir. Bu gün Azərbaycan dünyada idman, o cümlədən şahmat ölkəsi kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyev dünya ölkələri arasında ilk dəfə şahmatın inkişafına dair 2009-2014-cü illəri əhatə edən Dövlət Proqramını imzalamaqla bu idman növünün yeni inkişaf mərhələsinə yüksəlməsinə dəstək olub. Məhz Prezident İlham Əliyevin şahmata və şahmatçılara göstərdiyi diqqətin sayəsində qrossmeysterlərimiz nüfuzlu yarışlarda parlaq qələbələr qazanıb, ölkəmizdə mötəbər şahmat yarışlarının təşkili ənənə halını alıb. 2015-ci ildə Bakıda şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirilib. Hər il Şəmkirdə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir təşkil olunur. Ölkəmizdə şahmatın inkişafına göstərdiyi diqqət və qayğıya görə şahmatçılarımız adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - deyə Mahir Məmmədov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm