Nida Xəbər
Azərbaycana bahalı içkilər gətirən avtomobil saxlanıldı

Gömrükçülər xeyli miqdarda aksiz markası olmayan spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısını alıblar.
Bu barədə Publika.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Tovuz Gömrük Postunda “Hyundai Veracrus” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsində sellofan torbalarda spirtli içkilər olduğu müəyyən edilib. Belə ki, nəqliyyat vasitəsinin yük yerindən sellofan torbalardan üzərində aksiz markası olmayan 1 lt şüşə qablarda 70 ədəd “Nemirovskaya osobaya”, 0.5 lt şüşə qablarda 13 ədəd “Nemirovskaya osobaya”, 0.5 lt şüşə qablarda 49 ədəd “Nemiroff original”, 1lt şüşə qablarda 5 ədəd “Nemiroff Delicat” və 1 lt şüşə qablarda 5 ədəd “Nemiroff Wheat” adlı spirtli içkilər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

-
MDB02:00
Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı
-
Qoroskop01:40
Günün ulduz falı: Romantik münasibətlərdə qərar anıdır
-
Nida Xəbər 00:35
Azərbaycan son 40 gündə 6 qələbə qazandı
-
Sosial11 İyul 21:43
Kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı
-
Yaxın Şərq11 İyul 21:31
HƏMAS-ın 6 komandiri öldürüldü
-
Sağlamlıq11 İyul 19:00
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
-
Kriminal11 İyul 18:30
Könülün ölümü ilə bağlı cinayət işi açıldı
-
Sosial11 İyul 17:06
Pensiya alanların nəzərinə