“Konfransın adından BMT-yə müraciət edəcəyik” - İlham Rəhimov
Bizi izləyin

Nida Xəbər

“Konfransın adından BMT-yə müraciət edəcəyik” - İlham Rəhimov

Terrordan insanlar və dövlətlər ziyan çəkir. O cümlədən Azərbaycan erməni terrorizmdən əziyyət çəkir. Ən çox terrordan ziyan çəkən bizik. Ermənistanın Azərbaycana qarşı terroru bizim ərazilərimizdə baş verir.

Bu fikirləri Teleqraf.com-a Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının rəhbəri, hüquq elmləri professoru İlham Rəhimov deyib.

O, bildirib ki, əsas məsələ Azərbaycanın terrorizmdən əziyyət çəkməsini diqqətə çatdırmaqdır:

“Bakıda təşkil etdiyimiz konfransa 10-dan çox dövlətdən mütəxəssis gəlib. Əsasən də terrorizm mövzusu müzakirə olunur. Biz dünyaya çatdırmaq istəyirik ki, bu problem var. Bu günə qədər terrorizmin ümumi anlayışı olmadığından heç kim bilmir ki, bununla necə mübarizə aparsın. Əsas müzakirə terrorizmin ümumi anlayışı ilə bağlı aparılır. Bu günə qədər terrorizmin ümumi, klassik tərifi yoxdur. Biz çalışırıq ki, terrorizmin ümumi anlayışı haqqında müzakirələr aparaq, daha sonra BMT-yə ümumi təkliflərimizi verək. Bu məsələ də BMT-də müzakirə olunsun və terrorizmin ümumi anlayışı tapılsın. Eyni zamanda terrorizmlə məşğul olan dövlətlərə sərt cəza verilsin”.

Professor əlavə edib ki, terrorizmin ümumi anlayışını ortaya qoymaq mümkündür: “Beynəlxalq konfransda Azərbaycan tərəfindən Kamil Səlimov çıxış edərək, öz təkliflərini verəcək. Biz də konfransın adından BMT-yə müraciət edəcəyik ki, terrorizm anlayışının klassik tərifini tapaq.

Nəzərə alın ki, terrorizm o qədər genişdir ki, burada dövlət terrorizmi var, fərdi insanlar terror aktı törədə bilir, eləcə də terror təşkilatları hücumlar həyata keçirir. Bu ,geniş bir anlayışdır. Bu mənada söhbət aktualdır və terrora qarşı geniş mübarizə aparılmalıdır. Bizim əsas məqsədimiz də bununla bağlıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm