"Cənab prezident müşavirədə diqqəti bir çox önəmli məsələlərə yönəltdi" - Millət vəkili
Bizi izləyin

Nida Xəbər

"Cənab prezident müşavirədə diqqəti bir çox önəmli məsələlərə yönəltdi" - Millət vəkili

“Cənab prezident müşavirədə diqqəti bir çox önəmli məsələlərə yönəltdi. Xüsusilə nəqliyyat məsələlərində yaşanan problemlərə qarşı həssas davranması insanlara qarşı diqqət və qayğıdan xəbər verir" .

Bu sözləri Publika.az-a millət vəkili Musa Quliyev ölkə başçısının ötən gün cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən iclasda toxunduğu məsələlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkə başçısı vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına və təhlükəsizliklərinin tam təmin edilməsinə dair mühüm tapşırıqlar verib: “Çox doğru məqamlar müzakirə edilib. Cənab prezident haqlı olaraq sahibkarlara müraciət edərək onlara yaradılan şəraitdən doğru istifadə etməyə səslədi. Bu gün Azərbaycanda sahibkarlar üçün kifayət qədər imkanlar yaradılmasına baxmayaraq, bəzi ictimai nəqliyyat daşıyıcıları dövlətin yaratdığı bu imkandan sui-istifadə edərək vətəndaşların istifadəsinə keyfiyyətsiz, sınıq-salxaq avtobuslar veriblər. Bu isə birbaşa vətəndaşların həyatları üçün təhlükə yaratmaq deməkdir. Eyni zamanda bu, nəqliyyat sistemində keyfiyyətli xidmətin aşağı düşməsidir. Bunun nəticəsidir ki, son vaxtlar tez-tez qəzaların baş verdiyinin şahidi oluruq. Daha ağrılı məqam da ondan ibarətdir ki, qəzalarda günahsız insanlar ağır yaralanır, bəzən də ölüm halları baş verir. Prezident eyni zamanda, sürücülərin peşəkarlığının, sağlamlıq vəziyyətinin yerində olub-olmadığının ciddi yoxlanılmasına da diqqət yönəltdi. Sürücünün narkoloji və alkoqoldan asılılığı, onların cəmiyyətlə işləmək bacarığı, buna psixoloji cəhətdən hazırlıqları lazımı səviyyədə yoxlanılmalı olduğu halda, bu məqamlara səthi yanaşılır. Bütün bunların qarşısının alınması üçün zəruri tapşırıqlar verildi. Ölkə başçısı bu sahədə dövlət qurumu olan Bakı Nəqliyyat Agentliyinin (BNA) xidmətlərini də xüsusi vurğuladı. Bu sistemdə qeydə alınan boşluqlar BNA-nın köməkliyi ilə aradan qaldırılacaq. Bu isə bir daha prezident İlham Əliyevin vətəndaşları narahat edən problemləri yaxından izləməsi, onlara qayğı ilə yanaşmasının əyani sübutudur. Bütövlükdə dünən keçirilən müşavirədə yaxın gələcəkdə görüləcək işlər barədə də tapşırıqlar verildi”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm