Sergey Markov: “İlham Əliyev elə bir strateqdir ki...”
Bizi izləyin

Nida Xəbər

Sergey Markov: “İlham Əliyev elə bir strateqdir ki...”

“Prezident İlham Əliyevin şəxsində Rusiya etibarlı dost və əsil müttəfiq tapdı”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçilməsinin 15 illiyini şərh edərkən deyib.

2003-cü ilin 15 oktyabrında İlham Əliyevin prezident seçildiyini xatırladan rusiyalı politoloq xatırladıb ki, ondan sonra Azərbaycan xalqı daha iki dəfə İlham Əliyevi yenidən dövlət başçısı seçərək, ölkəni ona etibar etdi.

“Bu 15 il Rusiya və Azərbaycan dostluğunun möhkəmləndirilməsi illəri oldu. Rusiya İlham Əliyevin şəxsində etibarlı dostu və əsl müttəfiqi tapdı. Əgər onun atası – Heydər Əliyev özünü Azərbaycan dövlətinin yaranmasını təmin etmiş dahi siyasətçi kimi göstərdirsə, Prezident İlham Əliyev tarixə dahi diplomat kimi düşdü. Görkəmli strateq dünya və regional liderlərin sərt döyüşündə təkcə ölkəsini qorumadı, həm də onu hörmətli güc mərkəzlərindən birinə çevirdi”, - deyə Markov qeyd edib.

RF-nin İctimai Palatasının üzvü Prezident İlham Əliyevin daxili siyasətdə də siyasi liderlik nümunəsi sərgilədiyinə diqqət çəkib: “15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artdı, həmçinin, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalatı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. 2004-cü ildə 1,8 milyard dollar olan Azərbaycanın valyuta ehtiyatı 2018-ci ildə 46 milyard dollar həddinə çatdı. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına ümumilikdə 250 milyard dollar investisiya qoyulub. Azərbaycan iqtisadiyyatı rəqabətə davamlılıq üzrə MDFB ölkələri arasında birinci yerə yüksəldi. 15 il ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, əmək haqqı 5, pensiyalar 8 dəfədən çox artıb, işsizliyin dərəcəsi 5 faizə qədər azaldılıb, yoxsulluq 49 faizdən 5,4 faizə endirilib. Bütün bu uğurlar yalnız Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri, eləcə də Azərbaycan xalqının onlara şəksiz dəstəyinin sayəsində əldə olundu”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm