Azərbaycanın qızıl dövrü - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın qızıl dövrü - ŞƏRH

“Cənab prezidentimiz İlham Əliyevin 15 illik fəailiyyətini Azərbaycanın qızıl dövrü adlandırmaq olar. Bu 15 il müddətində ölkədə bütün sahələrdə tərəqqi müşahidə olunub”.

Bu sözləri Publika.az-a politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasəti bu gün də davam etdirən İlham Əliyev Azərbaycanı region və dünya ölkələri içərisində yüksək nüfuzlu, inkişaf etməkdə olan güclü dövlətə çevirib:

“Bu məsələdə Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın rolu olduqca böyükdür. İlham Əliyev uzaqgörənliyi sayəsində bu strategiyanı hər zaman qüvvədə saxladı və onu dövrün tələblərinə, dəyişən zamanın elementlərinə uyğunlaşdırdı. Bilirsinizmi, bu inkişaf xəritəsi idi və əvvəlcədən planlaşdırılmış istiqamətlər üzrə pillə-pillə gerçəkləşdirildi. Məqsəd müstəqillik əldə etmiş Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxartmaq idi. Bu gün Azərbaycan regionun ən güclü dövləti və dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müəyyən sferalarda danışıqlar apara biləcək prestijə, gücə sahibdir. Lakin onu da qeyd etmək lazımdır ki, Azərbaycan hazırki səviyyəyə çox çətin şəraitdə, mübarizə yolu ilə gəlib çatmışdır. Ermənistanın Azərbaycana qarşı gərgin aqressiya nümayiş etdirdiyi, ərazilərini işğal etdiyi mürəkkəb bir dövrdə, SSRİ-nin dağıldığı bir ərəfədə ölkəmiz iqtisadi sistemini demək olar ki, itirmişdi. Bütün bu reallıqların fonunda Heydər Əliyevin yeritdiyi siyasət, Azərbaycanın unikal inkişaf strategiyası rolunu oynadı. Ölkədə birinci stabillik təmin edildi və bundan sonra iqtisadi inkişaf üçün zəmin yaradıldı. Əsrin müqaviləsi imzalandıqdan sonra isə Azərbaycan iqtisadiyyatına kifayət qədər güclü sərmayə axını başladı. Səmərəli iqtisadi sistem əsasında ölkədə hərbi strategiya gücləndirilməyə başladı. Çünki, artıq sürətlə güclənən iqtisadiyyatımız bizə imkan verirdi ki, hərbi gücümüzü, hərbi diplomatiyamızı artıraq. Fikir verin, bu 15 ildə biri-birini tamamlayan, nə dərəcədə unikal, effektli və zəncirvari inkişaf strategiyası aparılıb. Cənab prezident İlham Əliyev də bu strategiyanı hər zaman dövrün tələblərinə uyğun olaraq zənginləşdirərək ölkəmizi bu strategiya üzərindən daha da irəliyə aparıb. Bu qarşıdakı illərdə də sürətlə davam edəcək. Biz bu gün Azərbaycanın beynəlxalq tədbirlərə, siyasi-iqtisadi danışıqlara ev sahibliyini etdiyini görürük. Bu, o deməkdir ki, ölkəmiz dünya ölkələri üçün kifayət qədər maraqlıdır. Dünya dövlətlərindən ilbəil Azərbaycana qoyulan sərmayələr artır. Təsəvvür edin bu gün dünya ölkərinda gərgin, qanlı və soyuq mübarizələrin davam etdiyi bir zamanda Azərbaycanda olduqca böyük sabitlik hökm sürür. Qlobal müstəvidə ən güclü resurs isə sabitlik və təhlükəsizlikdir. Hətta obrazlı şəkildə Azərbaycanı dünyanın təhlükəsizlik adası adlandırmaq da mümkündür. Qlobal əhəmiyyətli ən strateji qərarların müzakirəsinin məhz Bakıda aparılması ondan xəbər verir ki, bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində özünün layiqli yerini tutub. Bu, müasir beynəlxalq hüququn faktorlarından biridir və təbii ki, bütün bunlar cənab prezidentimiz İlham Əliyevin yorulmaz və milli maraqlara xidmət edən fəailiyyətinin nəticəsidir. Son olaraq onu da vurğulamaq yerinə düşər ki, dünyua ölkələrinin 50-60 ilə keçdiyi yolu Azərbaycan bu 15 il ərzində layiqli şəkildə keçib”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm