Nida Xəbər
DGK-nın yeni layihəsi təqdim olundu
Oktyabrın 16-da Dövlət Gömrük Komitəsində Estoniya mütəxəssisləri tərəfindən hazırlanan və bir sıra ölkələrin sərhədlərində tətbiq edilən “Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi” layihəsinin təqdimatı keçirilib.
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən
Publika.az-a verilən məlumata görə, təqdimat
mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-leytenantı Səfər Mehdiyev, Estoniya Respublikasının
müvəqqəti işlər vəkili xanım Mariya Tasa, Estoniya-Azərbaycan
Ticarət Palatasının sədri xanım Jana Kumpe və layihəni hazırlayan
şirkətin nümayəndəsi Marius Kutateladze, komitə sədrinin
müavinləri, baş idarə rəisləri və komitənin əməkdaşları iştirak
ediblər.
Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev
bildirib ki, Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə
olduğu kimi gömrük sistemində də mütərəqqi islahatlar həyata
keçirilir. Bu islahatların məqsədi beynəlxalq ticarətin asan və
sürətli şəkildə reallaşdırılması, daxili istehsalın, ixrac və
tranzit potensialının artırılması, vətəndaş məmnuniyyətinin
maksimum səviyyədə təmin olunmasıdır. Qeyd edilib ki, gömrük
sistemində aparılan və artıq birinci mərhələsi başa çatan
islahatlar çərçivəsində informasiya texnologiyalarının tətbiqi
hesabına bir sıra innovasiya layihələri həyata keçirilir. Əsas
hədəflərdən birinin də gömrük-sərhəd keçid məntəqələrində elektron
növbə sisteminin tətbiqi hesabına sıxlıqların aradan qaldırılması
olduğunu deyən komitə sədri bu cür layihələrin ətraflı şəkildə
öyrənilərək reallaşdırılmasının vacibliyini vurğulayıb.
Estoniya Respublikasının müvəqqəti işlər vəkili xanım Mariya Tasa
və Estoniya-Azərbaycan Ticarət Palatasının sədri xanım Jana Kumpe
ölkələrimiz arasındakı iqtisadi münasibətlərin hazırkı
vəziyyətindən məmnunluqla bəhs edərək gömrük sahəsindəki
əməkdaşlığın və əlaqələrin daha da inkişaf etdirilməsinə şərait
yaradacağını bildiriblər.
Daha sonra estoniyalı mütəxəssis Marius Kutateladze tərəfindən
“Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən
keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə
sistemi”nin təqdimatı keçirilib və “Növbələrin idarə olunması” adlı
videoçarx nümayiş olunub.
Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb,
iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB