Dünən vəfat edən Etimad Əsədovun ən çox sevdiyi misralar
Bizi izləyin

Nida Xəbər

Dünən vəfat edən Etimad Əsədovun ən çox sevdiyi misralar

Aşağıdakı şeir “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədovun ən çox sevdiyi misralar olub. Gənc yazar Mirbəhram Əzimbəylinin bu misraları sanki məşhur qazimizin bütün fikirlərini özündə ehtiva edib.

Qeyd edək ki, E.Əsədov 836 saylı Ağdam Ərazi Özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib. 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub. Ağciyər xərçəngindən əziyyət çəkən E.Əsədov dünən rəhmətə gedib.

Publika.az E.Əsədovun çox sevdiyi həmin şeiri təqdim edir:

Картинки по запросу mirbəhram əzimbəyli

Uzaqda

Səngər dayaz, baş uca

Uzaqda

Bu sübh namazında

Hər səcdə başqa bir ümid:

- Sağsan!

Ölümlə səni ayırar addımlar

O şahdamarından da yaxın

İlk güllə ilə bərabər açılar “Allahu Əkbər”

Başının üstündə ölüm rəqsini edərkən

Kəpənək qəlpələr

Qunut tutduğun əllərinə qonar

Ananın bəslədiyi o ac göyərçinlər

Zaman gözü yaşlı itkin bir uşaq

Sahibi üçün ağladıqlarında axarsan

Ruku...

Səcdə...

Həmin ümid:

- Sən... yenə də sağsan!

Başını qoyarkən möhürün üzərinə

Yadına düşər minalara basmış dostların

Nicat, Elçin, Ələkbər

Bir də başsız Hüseyn

Təşəhhüd...

Yenə Allahu Əkbər

İki rükətdir

Nəfəs alınar

Verilər nəfəs

Hansı sonuncudur sən bilməzsən

Nəfis yorğun, təngənəfəs

Qucaqlamaq istəyərsən, qucaqlamaq

Üşüdüklərini qucaqlamaq!

Salamlar!

Sağ və solda uyuyar qazilər

Əksikdir qollar, gözlər, əllər

Əllər, görəsən, dəyişibmi

Nişanlının əlləri, onun əlləri necədir?

Ayaqlar...

Elmanın ayaqları

Bıçaq kimi kəsər düşüncəni, arzunu, kəlamı

Onun ayaqları ermənidə qaldı

Çırpındı, çırpındı, qaldııı...

Dırnaqlarınızı bərabər tutmuşdunuz dünən

Elmanın ayaqları...

Gözlərindən süzülər

Dodaqlarından axar dua

Hara gedirsən deyə soruşmuşdun

Gülmüşdü: “Ayaqlarım hara başım da ora”

Lənət şeytana, bəzən...

Bəzən insanın başın ayağı gedən yerə gedə bilməz

Sən bilirsən, kəfəni geyməyən ölə bilməz

...

Axar

Axar...

Axar...

Allahu Əkbər

Allahu Əkbər

Allahu Əkbər!

Mirbəhram Əzimbəyli, 2012

Oxumağa davam et
Reklam
Reklam

Gündəm