Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərdədir - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərdədir - ŞƏRH

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik üzrə builki hesabatında Azərbaycan 19 göstərici üzrə reytinqini xeyli yaxşılaşdırıb.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Millət vəkili bildirib ki, əsasən də korrupsiya insidentlerinin sayının azlığı, içməli su təminatının əhatəsi, internet istifadəçilərinin sayı, insan ömrünün uzunluğu, işçilərin əmək hüququ, sahibkarlara daxili kreditlərin verilməsi, biznesə başlama xərclərinin az olması, elmi nəşrlərin çoxluğu, patent müraciətlərinin artması, elmi tədqiqat xərclərinin artması və s. kimi göstəricilər üzrə ölkəmizin reytinqdə göstəriciləri yaxşılaşıb.

“Ümumilikdə, bir çox göstəricilər üzrə Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərə sahib olub. Belə ki, ölkəmiz tənzimləmələrdə qanunların effektivliyi göstəricisi üzrə - 22-ci yerdə, dövlət tənzimləmələrinin iqtisadiyyata yüklülüyünün azlığına görə - 12-ci yerdə, hökumətin gələcəyə yönəlik fəaliyyətinə görə - 20-ci yerdə, ayrı-ayrı maraqların toqquşmasının tənzimlənməsinə görə - 16-cı yerdə, dəmir yolu xidmətlərinin səviyyəsinə görə - 17 ci yerdə, əhalinin elektrik enerjisi ilə təchizatı səviyyəsinə görə 1-ci yerdə, dəniz limanlarının xidmət səviyyəsinə görə - 29-cu yerdə, internet istifadəçilərinin sayına görə - 36-cı yerdə, əhali arasında rəqəmsal vərdişlərə görə - 15-ci yerdə, öyrətmə yanaşmalarına görə - 27-ci yerdə, vergilərin və subsidiyaların rəqabətə təsirinin effektivliyinə görə - 20-ci yerdə, biznesə başlama xərclərinin azlığına gorə - 17-ci yerdə, sahibkarlıq riskinin azlığına görə - 21-ci yerdə qərarlaşıb".

T.Mirkişili vurğulayıb ki, Dünya İqtisadi Forumuna görə qloballaşma prosesi zəifləyir, bu şəraitdə iqtisadiyyatın inkişafı rəqəmsal transformasiyanın sürəti və onun 4-cü sənaye inqilabına hazırlığı ilə müəyyən olunur.

“Hazırkı dövrdə dünyanın əksər iqtisadiyyatları üçün əsas problem innovasiyalara uyğunlaşmaq və onları tətbiq etmək potensialına sahib olmaqdır. Ekspertlərin fikrincə, bu kateqoriya üzrə dünyada orta göstərici 36 baldır. Azərbaycan da bu kateqoriya üzrə 36 bal toplayıb. Dünyanın əksər ölkələri üçün vətəndaş institutlarının zəif inkişaf etməsi əsas problem olaraq qalmaqdadır. Hesabatda bu kateqoriya üzrə orta bal 53 müəyyən edilib. Azərbaycan bu kateqoriya üzrə 55.8 bal toplayaraq dünya orta göstəricisini ötüb. Azərbaycanda aparılan iqtisadi islahatların gələcəyə yönəlik çağırışları nəzərə alması və iqtisadiyyatın dayanlıqlı olaraq gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanması Dünya İqtisadi Forumunun hesabatında bir daha öz əksini tapıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm