İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan proqramlar özünü tamamilə doğrultdu - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan proqramlar özünü tamamilə doğrultdu - ŞƏRH

Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında yüksək nəticələr əldə etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin sayəsində mümkün olub.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın modernləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara yaradılan münbit şərait beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir:

“Bu onu deməyə əsas verir ki, Azərbaycanda həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan proqramlar özünü tamamilə doğrultdu. Xüsusilə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu il ölkə iqtisadiyyatına qoyulan 9 milyard dollar investisiyanın böyük hissəsi, yəni 5,6 milyardı qeyri-neft sektoruna yönəldilib. Sahibkarlığın inkişafı üçün də ölkəmizdə lazımi şərait yaradılıb. Sahibkarlara lazımi dəstək göstərilir, onlar güzəştli kreditlərlə təmin edilir”.

Deputat qeyd edib ki, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlardan belə yüksək qiymət alması eyni zamanda ölkəmizə yeni investisiyaların cəlb edilməsinə şərait yaradır:

“Təbii ki, Dünya İqtisadi Forumu kimi beynəlxalq nüfuzlu təşkilatlar ölkəmizdə olan şəraiti yüksək qiymətləndirdiyi üçün xarici investorların ölkəmizə maraqları artacaq ki, bu da öz növbəsində yeni investisiyaların cəlb edilməsi deməkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm