Nida Xəbər
Dağlıq Qarabağ münaqişəsi regionda sülh və sabitliyə əsas təhlükədir - Baş konsul
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə
müşaviri Con Boltonun gələn həftə Cənubi Qafqaza edəcəyi səfəri
fonunda Ermənistan-Azərbaycan münaqişəsi barədə Azərbaycanın Los
Ancelesdəki baş konsulu Nəsimi Ağayevin yazdığı məqalə 18 oktyabr
2018-ci il tarixində ABŞ-da geniş şəkildə oxunan, xüsusilə siyasi
dairələrdə daim izlənən “The Daily Caller” qəzetində dərc
olunub.
“Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?” başlıqlı məqalədə
C.Boltonun gələn həftə Cənubi Qafqaza səfəri çərçivəsində
Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə olunacaq əsas
məsələlərdən biri olduğunu qeyd edən baş konsul sözügedən
münaqişənin regionda sülh və sabitliyə əsas təhlükə olmaqda davam
etdiyini vurğulayır. N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsinin
tarixi haqda ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı
həyata keçirdiyi işğalçılıq və etnik təmizləməyə dair konkret
faktları diqqətə çatdırır və bu münaqişənin post-sovet məkanında ən
təhlükəli münaqişə olduğunu bildirir.
Müqayisə üçün N.Ağayev qeyd edir ki, işğal olunmuş ərazilərimizin sahəsi Los Anceles şəhərinin ərazisindən 13 dəfə böyükdür və ya ABŞ-ın Konnektikut ştatının ərazisinə bərabərdir.
Baş konsul bildirir ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, həmçinin digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz hərbi işğalı hələ də davam edir.
O, münaqişənin həllində ən əsas maneənin Ermənistanın işğal
olunmuş ərazilərimizdən öz qoşunlarını çıxartmaqdan imtina etməsi
və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarına imkan
verməməsi olduğunu vurğulayır.
N.Ağayev qeyd edir ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils də
bu yaxınlarda Ermənistan mətbuatına verdiyi müsahibəsində
münaqişənin həlli üçün ilk növbədə Azərbaycanın işğal olunmuş
ərazilərinin geri qaytarılmalı olduğunu bildirib.
Baş konsul daha sonra Ermənistanın demoqrafik böhran yaşadığını, on
minlərlə erməni gəncinin ölkəni tərk edərək xarici ölkələrə
mühacirət etdiyini, bu xüsusda 1991-ci ildən bəri təxminən 1,5
milyon insanın Ermənistanı tərk etdiyini vurğulayır. Ermənistanda
yoxsulluq həddinin 30 faizə yaxınlaşdığını və bu göstəricinin
Cənubi Qafqaz ölkələri arasında ən yüksək rəqəm olduğunu qeyd edən
N.Ağayev BMT-nin statistikasına əsasən 2050-ci ilədək Ermənistanı
daha 1 milyon insanın tərk edəcəyini bildirir.
Baş konsul Ermənistandan fərqli olaraq, Azərbaycanın regionda ən
güclü iqtisadiyyata sahib olduğunu, çoxlu sayda nəhəng enerji və
qitələri birləşdirən nəqliyyat layihələrini gerçəkləşdirdiyini və
qlobal enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyini yazır.
Bundan başqa o, ABŞ-ın regionda əsas strateji tərəfdaşı olan
Azərbaycanın ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə və enerji
mənbələrinin şaxələndirilməsi səylərinə güclü dəstək verdiyini qeyd
edir. N.Ağayev həmçinin ölkəmizdə müsəlmanlar, xristianlar və
yəhudilərin birgə sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində
yaşadıqlarını diqqətə çatdırır.
Diplomat davamlı sülhün əldə olunması üçün Ermənistanın ölkəmizə
qarşı təcavüzkar siyasətindən əl çəkməli və konstruktiv şəkildə
danışıqlarda iştirak etməli olduğunu bildirir.
Sonda Nəsimi Ağayev ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülh və anlaşmanın əldə olunması istiqamətində səylərini artıracağına ümidvar olduğunu qeyd edir.
Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq olar.
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ