Ərdoğan: “Azərbaycanın uğurları bizi sevindirir”
Bizi izləyin

Nida Xəbər

Ərdoğan: “Azərbaycanın uğurları bizi sevindirir”

“Azərbaycan hər zaman Türkiyənin yanında olub və qardaş ölkədir”.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Star” Neft Emalı Zavodunun açılışı haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyənin yanında olması və onun nailiyyətləri Ankaranı sevindirir.

Qeyd edək ki, bu gün İzmir şəhərində SOCAR-a məxsus “Star” Neft Emalı Zavodunun açılışı baş tutacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün bu gün Türkiyə Respublikasına işgüzar səfərə gedib.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm