Elmar Məmmədyarovdan Qarabağ AÇIQLAMASI: Azərbaycan...
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarovdan Qarabağ AÇIQLAMASI: Azərbaycan...

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə nizama salınması prosesinin başlanğıcına malik olan substantiv danışıqların davamına hazırdır”.

Publika.az
xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakı nəticəyə hesablanmış məsuliyyətli dialoqun irəliləyişi haqqında mövqeyini dəfələrlə səsləndirib: “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin qayıdışı və onların təhlükəsizliyinin təmin edilməsi, Dağlıq Qarabağa Azərbaycan və erməni icmalarının iştirakı ilə geniş muxtariyyət hüququnun verilməsi və s. MDB-nin Düşənbədə keçirilən son sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri arasında məzmunlu dialoqun keçirilməsi də Azərbaycanın münaqişənin həllinə hazırlığının aşkar nümunəsidir. Əfsuslar olsun ki, İrəvanda hakimiyyət dəyişikliyi və indiyə qədər müşahidə olunan siyasi burulğan prosesi tormozladı. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın vaxtlarda mövcud format çərçivəsində və məlum çağırış əsasında danışıqlar prosesinin davamı üçün siyasi iradə nümayiş etdirə biləcək”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm