Nida Xəbər
Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirildi
Diasporla İş üzrə Dövlət Komitəsində Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı İrek Şaripov ilə görüş keçirilib.
Komitədən Publika.az-a verilən məlumata görə, görüşdə Tatarıstandakı Azərbaycan diaspor təşkilatlarının, eləcə də Azərbaycandakı tatar icmasının fəaliyyəti və bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Qonaqlara Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Rusiya Federasiyasında yaşayan soydaşlarımızla, diaspor təşkilatları ilə iş qurumun xüsusi diqqətindədir. Hazırda Rusiyada rəsmi rəqəmlərə görə, 700 minə yaxın, qeyri-rəsmi məlumatlara görə isə 3 milyonadək azərbaycanlı yaşayır. Onların arasında olan yüzlərlə alim, ziyalı, iş adamı öz fəaliyyəti ilə yaşadıqları ölkənin elminə, iqtisadiyyatına töhfə verməkdədir. Soydaşlarımızın, milli kimliyini qoruyaraq, yerli cəmiyyətə inteqrasiyasının qarşıda duran əsas vəzifələrdən biri olduğu qeyd edilib.
İrek Şaripov isə öz növbəsində Tatarıstanda müxtəlif xalqların diaspor təşkilatları üçün yaradılan imkanlardan bəhs edib. Buradakı Azərbaycan diasporunun uğurlu fəaliyyəti, icma üzvlərinin respublikanın ictimai-siyası, mədəni həyatındakı iştirakı, qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələr haqqında danışıb. Qeyd edib ki, Azərbaycan diasporunun təşəbbüsü ilə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərminaovun adı Kazan şəhərinin küçələrindən birinə verilib və büstü qoyulub. Bundan başqa, Kazan Universitetində işləmiş azərbaycanlı tarixçi-alim Mirzə Kazımbəyin xatirəsi əbədiləşdirilib.
Eyni zamanda, türkdilli xalqların diasporlarının əməkdaşlığı çərçivəsində Azərbaycan-Tatarstan əlaqələrinin genişləndirilməsi zəruriliyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycandakı tatarlar və Tatarıstandakı azərbaycanlılar iki qardaş xalqın dostluğunun möhkəmlənməsi naminə əməkdaşlığı gücləndirməli, birgə mədəni və ictimai tədbirlər təşkil etməlidirlər. Bu məqsədilə müxtəlif səviyyədə qarşılılqlı səfərlərin təşkil edilməsi qərara alınıb. Sonda xatirə hədiyyələri təqdim olunub.
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR