Türkiyədən Ermənistana şərt: Qarabağdan çıxsan...
Bizi izləyin

Nida Xəbər

Türkiyədən Ermənistana şərt: Qarabağdan çıxsan...

Soyqırım, etnik təmizləmə kimi barbarlıq ifadə edən anlayışlar bizim mədəniyyətimizdə yoxdur.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım qondarma erməni soyqırımı iddiaları ilə bağlı Qafqaz Universitetində çıxışı zamanı deyib.

“Soyqırım iddiası alçaq iddiadır. Tarixində eyib, günah, alçaqlıqlar olmayan millətlərin başında bizim millət gəlir. Çirkin iddiaları heç zaman qəbul etmədik. Bunu edənlərin məqsədi öz ləkələrini türk millətinə yapışdırmaqdır. Ermənistan tez-tez “Biz Türkiyə ilə əlaqələr qurmaq istəyirik, əlaqələrimizi inkişaf etdirmək istəyirik” kimi bəyanatlar verir. Əgər həqiqətən belə bir niyyəti varsa, öncə Dağlıq Qarabağ və ətraf rayonlarda işğal etdiyi torpaqlardan çıxsın. Yurd-yuvalarını tərk etmiş 1 milyon azərbaycanlının qayıtmalarına şərait yaratmalıdır. Türkiyə üzərindəki iddialarından dərhal imtina etməli və qeyd-şərtsiz həqiqətləri qəbul etməlidir”, - deyə parlament sədri bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm