Nida Xəbər
Şəxsən Con Boltondan xahiş etdim ki, İrəvanda olarkən... - Elmar Məmmədyarov
"Şəxsən Con Boltondan xahiş etdim ki, İrəvanda olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin, bunlar özləri münaqişənin həllinə hazırdır, yoxsa yox".
Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir Con Boltonla dünən geniş müzakirələr aparıldığını vurğulayıb: “Həm prezident səviyyəsində, həm də mənimlə bir saatdan çox görüş keçirildi. Cənubi Qafqaz regionunda vəziyyət barədə fikir mübadiləsi apardıq. ABŞ-ın İranla bağlanan nüvə sazişindən çıxmasının İrana təzyiq kimi qiymətləndirilib-qiymətləndirilməməsi ətrafında fikirlərimizi bölüşdük. Həm Amerika tərəfi, həm də biz bununla bağlı öz mövqeyimizi çatdırdıq. Biz hər zaman çalışırıq ki, bütün ölkələrlə normal qonşuluq siyasəti yürüdək”.
Elmar Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla həmçinin, Dağlıq Qarabağ məsələsini müzakirə etdiklərini qeyd edib: “Mən şəxsən Boltondan xahiş etdim ki, İrəvanda olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin bunlar özləri münaqişəni həll etməyə hazırdır, yoxsa yox? Ermənistan Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti yaratmaq istəyirmi? Çünki təbii məsələdir, Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla normal şəkildə əməkdaşlıq etməsə, müstəqilliyi sual altına düşər”.
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı










.jpg)
























.jpg)
