Nida Xəbər
Ona bildirdik ki, əgər Fransa... - Məmmədyarov
"Fransa şəhərlərinin merlərinin Azərbaycanın işğal olunan bölgəsi Dağlıq Qarabağa səfəri ilə bağlı Fransa səfirini Xarici İşlər Nazirliyinə dəvət edib, ona etiraz notası təqdim olunub. Azərbaycanın Fransadakı səfiri də məsələ ilə bağlı Fransa Xarici İşlər Nazirliyinə müraciət edib".
Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbərinin ölkəmizin işğal edilmiş bölgələrinə səfərini şərh edərkən deyib.
"Biz atılan bu addımları anlaya bilmirik. Bir tərəfdən Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimat bu qurumları Fransanı beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və ölkə tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir. Digər tərəfdən isə Fransa şəhər merləri, bələdiyyə rəhbərləri, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edir. Ötən gün də Fransa Xarici İşlər Nazirliyi də bəyanat yayaraq bildirmişdi ki, Dağlıq Qarabağın müstəqilliyini tanımır və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin həllində səylər göstərirlər", deyə nazir bildirib.
E.Məmmədyarov qeyd edib ki, Fransa səfiri nazirliyə dəvət edilərək bildirilib ki, əgər Fransa XİN və DİN-nin rəsmi mövqeyinə baxmayaraq hansısa şəhər, meriya rəhbəri bu qərara qarşı çıxır və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edirsə, onda siz hansısa adminstrativ qaydada bunun qarşını almaq üçün tədbir görməlisiniz: "Mən bu gün də xanım səfirlə tədbir zamanı bununla bağlı bir daha söhbət etdim. Səfir bununla bağlı mövqeyi yenidən rəsmi Parisə çatdıracaq".
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı










.jpg)
























.jpg)
