BMT rəsmisi Bakıdan dünyaya səsləndi: “134 milyon insan...”
Bizi izləyin

Nida Xəbər

BMT rəsmisi Bakıdan dünyaya səsləndi: “134 milyon insan...”

“Çətinliklər və maneələrə baxmayaraq yolumuza davam edəcəyik. Bakı forumu bu baxımdan mühümdür. 2030-cu il ilə bağlı gündəlik BMT baş katibinin fikrincə, ədalətli qloballaşmaya uyğundur”.

Publika.az xəbər verir ki, bu fikirləri Dayanıqlı İnkişafa Dair Bakı Formunda çıxış edən BMT baş katibinin müşaviri Rəşid Xalikov deyib.

O bildirib ki, dünyada 134 milyon insan yardıma və dəstəyə ehtiyac duyur:

“Dayanıqlı inkişaf baxımından bu cür həssas şəxslərin kənarda qalmamasına nail olmaq əsas deyil. Bu reallıq həm də 2030-cu ilə qədər qarşıya qoyulan gündəliyin həyata keçirilməsinə maneə olur. İnanırıq ki, birgə səylərimiz, ortaq məxrəclərimiz insanların həyatında konkret irəliləyişə nail olacaq. 2021-ci ilə qədər yoxsulluğun konkret hədəfə uyğun olaraq azaldılması da vacibdir. Ayrı-ayrı hökumətlər, donor təşkilatlar da bu prosesdə iştirak etməlidir. Qarşılıqlı səylər ortaq nəticələrin əldə olunmasına kömək etməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm