Kamal Abdulla: "Ölkəmizdə heç bir din başqa dindən yüksək səviyyədə durmur"
Bizi izləyin

Nida Xəbər

Kamal Abdulla: "Ölkəmizdə heç bir din başqa dindən yüksək səviyyədə durmur"

“Azərbaycanda ən mühüm mədəni proses multikultiralizm hərəkatıdır. Multikultiralizm Azərbaycan xalqı üçün tarixən məxsusi xüsusiyyət olub”.

Publika.az xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Himayəçilik Şurasının sədri, Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Multikulturalizm Cəmiyyətdə sabitliyin əsas faktoru mövzusunda çıxışı zamanı deyib.

K.Abdulla bu gün multikulturalizmin dövlət siyasəti olduğunu və bunu dəfələrlə Cənab Prezident İlham Əliyevin dilə gətirdiyini bildirib. “Azərbaycanda multikultural düşüncənin dövlət səviyyəsində qorunması multikultural təhlükəsizliyin qorunması ilə bağlıdır. Hər bir ölkənin multikultural təhlükəsizliyi olmalıdır. Bu təhlükəsizliyi qoruyan ölkə potensial katakilizmləri qorumaq imkanına malik olur. Azərbaycan Prezidentinin son illər müxtəlif dinlərə olan münasibətini, sənədlərin gözü ilə baxsaq, ölkəmizdə heç bir dinin başqa dindən yüksək səviyyədə durmadığını müşahidə edirik. Bu sənədlərə baxanda ölkə Prezidentinin dil, milli, dini müxtəlifliklərə bərabər baxışını müşahidə edirik. Azərbaycanda yaşayan heç bir milli azlıq nümayəndəsi digərlərindən fərqi müşahidə etmir”.

K.Abdulla multikulturalizmin Avropada özünü doğrultmadığını deyib: “Azərbaycanda isə multikulturalizmin nikbin qütbü təntənə çaldı. Bu da Azərbaycanda dil, milli və dini ayrı-seçkiliyin olmamasından irəli gəlir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm