Ermənistan torpaqılarımızı işğal edib, amma biz... - QMİ sədri
Bizi izləyin

Nida Xəbər

Ermənistan torpaqılarımızı işğal edib, amma biz... - QMİ sədri

“Azərbaycan tarixən müxtəlif sivilizasiyalar arasında oynadığı mühüm rolu bu gün də davam etdirir. Ölkəmizdə müsəlmanlarla yanaşı provaslavlar, katoliklər, yəhudilər əsrlər boyu birgə yaşayıb, birlikdə ibadət edib. Şükürlər olsun ki, Azərbaycanda daxili sabitlik mövcuddur. Ölkəmizdə dini və etnik siyasət dövlət tərəfindən tənzimlənir".

Publika.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi" plenar sessiyasında çıxışı zamanı deyib.

A.Paşazadə bildirib ki, Azərbaycanda multikultural dəyərlərə həm dövlət, həm də xalq tərəfindən çox böyük önəm verilir:

"Çünki Azərbaycan xalqı humanist xalqdır. Xalqımız başqa dinlərə, başqa dövlətlərdə yaşayanlara qarşı loyal olub".

Prezident İlham Əliyevin 2016-2017-ci illəri "Multikulturalizm" və "İslam Həmrəyliyi İli" elan etdiyini xatırladan A.Paşazadə Azərbaycan xalqının tolerant xalq olduğunu xüsusi vurğulayıb: "Humanitar forumların Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı yenə də dünyanın ənənəvi humanitar zirvə məkanı olaraq gündəmdədir. Çünki bəşəri ideyaların dünyada təbliğinə dövlətimiz önəm verir. Həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə inkişaf üçün Azərbaycanda hər bir şərait var. Azərbaycanda dinlərarası əlaqələrin mərkəzini yaratmışıq. Bu mərkəzə dünyanın bir çox dövlətlərindən nümayəndələr gəlirlər".

Şeyx bildirib ki, ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş Qarabağ və bir milyondan artıq qaçqın problemi yaranıb, onlarla məscid abidələr məhv edilib. O, bütün bunlara baxmayaraq Azərbaycanın müharibənin sülh yolu ilə həllində israrlı olduğunu deyib.

A.Paşazadə Azərbaycanın dünyada multikultural, islam həmrəylik ideyalarını təbliğ etdiyini bildirib:

“Birinci Vitse-Prezident Mehriban Əliyeva milli və mənəmi irsinizi dünyada təbliğ edir, həmçinin o, ümumbəşəri dəyərlərə yüksək səviyyədə yanaşır. Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin yaradılması ölkəmizdə multukulturalizmə verilən önəmin göstəricisidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm