Rusiyalı ideoloqdan İlham Əliyev haqda tarixi söz
Bizi izləyin

Nida Xəbər

Rusiyalı ideoloqdan İlham Əliyev haqda tarixi söz

Bakıda VI Beynəlxalq Humanitar Forumun keçirilməsi çox mühüm hadisədir. Bu onu göstərir ki, Azərbaycan dünya inkişaf tendensiyasını izləməklə qalmır, həm də onda aktiv şəkildə iştirak edir.

Axar.az xəbər verir ki, bu sözləri rus mütəfəkkir Aleksandr Duqin Bakıda keçirilən Humanitar Forum haqda mediaya danışarkən deyib.

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Forumun açılışında etdiyi çıxışı çox bəyəndim. Bu çıxışında o, bəşəriyyətin müasir humanitar inkişafında Azərbaycanın tutduğu yeri olduqca düzgün vurğuladı – müstəqil, suveren, inkişaf edən.

İlham Əliyev çıxışı zamanı forum tarixində iz qoyacaq bir ideya səsləndirdi: Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində yaşayır, dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və olmayacaq.

Bu çox dəyərli fikirlərdir. Multikultural dialoqların milləti, dini, irsi yoxdur. Biz bütün millətlərin dəyərlərinə hörmət etməliyik. İlham Əliyev bunu altından xətt çəkərək qeyd etdi və Azərbaycan cəmiyyətinin bu sahədə qazandığı uğurları sadaladı. Bu bəşəriyyətin mövcudluğunu qoruyan əsas dəyərlərdən biri, bəlkə də birincisidir”, - Duqin bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm