Kərim Vəliyev şəxsi heyətin döyüş hazırlığını yoxladı - - FOTO
Bizi izləyin

Nida Xəbər

Kərim Vəliyev şəxsi heyətin döyüş hazırlığını yoxladı - - FOTO

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən bölmələrdə şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətini yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, döyüş növbətçiliyi aparan bölmələrdə olan nazir müavini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Müdafiə Nazirliyi rəhbərliyinin hərbi qulluqçular qarşısında qoyduğu vəzifələri bir daha şəxsi heyətə çatdırıb.

Şəxsi heyətlə görüşən general-leytenant Kərim Vəliyev hərbi qulluqçuların qayğıları və sosial-məişət şəraiti ilə maraqlanıb, onları maraqlandıran sualları cavablandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm