“Prezident yeni çağırışlar və trendlərlə bağlı əhəmiyyətli fikirlər səsləndirdi” – ŞƏRH
Bizi izləyin

Nida Xəbər

“Prezident yeni çağırışlar və trendlərlə bağlı əhəmiyyətli fikirlər səsləndirdi” – ŞƏRH

"Forumda dünyanın müxtəlif ölkələrindən elm xadimləri, parlament nümayəndələri, indiki və keçmiş dövlət xadimləri iştirak edirdi. Bütövlükdə, Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə iştirak etdi. Onlardan 400-dən çoxu xarici ölkələrdən gəlmişdi".

Publika.az-a açıqlamasında bunu Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev VI Bakı Beynəlxalq Humanitar forumun nəticələrini şərh edərkən deyib.

O qeyd edib ki, tədbirdə dünyada baş verən bir çox hadisələr, bir çox trendlər və tendensiyalarla bağlı geniş müzakirələr oldu:

“Bu forum öz əhəmiyyətində görə yeni nəzəri baxışların inkişafına da güclü təkan verdi. Eyni zamanda dünyada baş verən hadisələrə, çağırışlara münasibətdə nəzəri və praktik yanaşmalar ortaya qoydu. Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin çıxışında söylədiyi fikirlər forumun nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Çıxışda cənab prezident tərəfindən hər zaman olduğu kimi yeni çağırışlar, istiqamətlər və trendlərlə bağlı çox əhəmiyyətli fikirlər səsləndirildi. Forumda dünyanı düşündürən müxtəlif məsələlərlə bağlı panellər təşkil olundu. Bu panellərdə həm siyasi, həm də elm xadimləri çox geniş müzakirələr apardı. Forum yeni platformalar üçün də giriş rolunu oynaması baxımından əhəmiyyətli olacaq, bütövlükdə, sülh və təhlükəsizliyə, humanitar sahənin inkişafına yeni töhfələr verəcək”.

Əliməmməd Nuriyevin sözlərinə görə, forumun daha bir əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan onun təşkilatçısı kimi həm də mühüm bir partnyor olduğunu göstərdi:

“Dünya dövlətləri tərəfindən Azərbaycana inam və etibar bir daha nümayiş etdirildi. Ümumiyyətlə, Azərbaycan yeni humanitar təşəbbüslərin yaranması və həyata keçirilməsi üçün məkan rolunu oynayır. Azərbaycan həm də sülh və təhlükəsizliyə xidmətdə, mədəniyyətin bütün sahələrinin inkişafında töhfəsini göstərir. Dünyanın elm və ictimai xadimləri, siyasətçiləri Azərbaycana inam və etibarını ifadə edir, əhəmiyyətli bir partnyor olduğunu qeyd edirlər. Azərbaycanın bu regionda, ümumilikdə dünyada mühüm əhəmiyyətini inamla ifadə edirlər. Heç şübhəsiz ki, bu cür tədbirlər Azərbaycan həqiqətlərinin də dünyaya çatdırılmasına mühüm vəsilə olur. Çünki Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məsələlər cənab Prezidentinin çıxışında da bir daha qeyd olundu. Ermənistanın işğalçı mahiyyəti dünya ictimaiyyətinə bir daha nümayiş etdirildi”.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti bildirib ki, dünyada artıq Azərbaycanı mədəni və inkişaf etməkdə olan bir ölkə kimi görürlər. Onun sözlərinə görə, Azərbaycan bu kimi forumlarla sivilizasiyaların mərkəzi olduğunu bir daha nümayiş etdirir:

“Forum Azərbaycanın multikulturalizm dəyərlərinə necə mühüm töhfə verməsinin, xalqların azad və sülh şəraitində yaşamasının daha bir nümayişidir. Hesab edirəm ki, tədbir indiki mürəkkəb dünyamızda baş verən proseslərdə Azərbaycanın ədalətli, sülhpərvər, inkişafa töhfə verən bir dövlət olduğunu bir daha nümayiş etdirdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm