Həmin "jurnalist" Mətbuat Şurasına dəvət edilmişdi - Vüqar Rəhimzadə
Bizi izləyin

Nida Xəbər

Həmin "jurnalist" Mətbuat Şurasına dəvət edilmişdi - Vüqar Rəhimzadə

“Son vaxtlar çap mətbuatında reket jurnalistika ilə bağlı şikayətlər azalıb, çünki onların çoxu onlayn mediaya transfer olub”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, cəmiyyət bu hallara qarşı mübarizə aparmalıdır:

“Reket jurnalistikaya qarşı ölkəmizdə müəyyən addımlar atılır. Bu əməli törədənlər cəmiyyətə qarşı mənəvi terror törətmiş hesab edilirlər. İnsanın ailəsi və şəxsi həyatına müdaxilə etmək, onları şantaj etməklə niyyətlərini həyata keçirməyə çalışırlar. Hesab edirəm ki, onlara qarşı sonuna qədər mübarizə aparılmalıdır. Bu hallara qarşı mübarizə aparmaq üçün təkcə Mətbut Şurası deyil, cəmiyyətimiz fəal olmalıdır”.

Reallıq.info saytının rəhbəri İkram Rafiqoğlunun cinayət məsuliyyətinə cəlb edilməsinə toxunan V.Rəhimzadə onun uzun müddətdir reketçiliklə məşğul olması barədə Mətbuat Şurasına şikayətlərin daxil olduğunu deyib:

“urnalistikadan bixəbər olan bu insan,özünü şəxsi və maddi maraqları çərçivəsində ayrı-ayrı şəxsləri şantaj edib,onlara qarşı böhtan, qərəz məqsədlərini həyata keçirmək üçün müəyyən üsullara əl atıb. O uzun müddətdir bu fəaliyyətlə məşğuldur. İkram Rafiqoğlu barəsində davamlı olaraq Mətbuat Şurasına müraciətlər daxil olurdu. Sonucu dəfə Neftçala Elekrtrik Şəbəkə İdarəsinin rəisi tərəfindən həmin şəxslə bağlı şikayət daxil olmuşdu.Bu müraciətə əsasən İkram Rafiqoğlunu Mətbuat Şurasına dəvət etdik, ona dəfələrlə xəbərdarlıq etdik. Lakin həmin hadisədən sonra o, Mətbuat Şurası və İdarə Heyəti üzvlərinə qarşı qərəzli yazılar yazmağa başladı. Onun media qurumlarını “qara siyahı”ya salsaq da o, öz əməllərindən çəkinmədi,idarə, müəssisə rəhbərləri,şəxsi olaraq münasibəti pis olan şəxsləri şantaj etməkdə davam etdi. Onun bu yoldan çəkinməsi üçün dəfələrlə söhbətlərimiz olub. Lakin bundan sonra o daha da azğınlaşdı, şəxsən mənə, Mətbuat Şurasının sədri Əflatun Amaşova, digər üzvlərimizə qarşı qərəzli, təhqiramiz yazılar yazmağa başladı.

Bir müddət əvvəl Mətbuat Şurasına daxil olan bir şikayət araşdırılarkən məlum oldu ki, Sabirabad rayonunda iki nəfərə həbsdə ola -ola jurnalist vəsiqələri təqdim edilib. Həmin vəsiqələrin İkram Rafiqoğlunun imzası ilə təqdim edilib. Həmin şəxslərin jurnalist adı altında azadlığa çıxmasına, yaxud da dövlətimizin imicinə zərər vurmağa çalışır. Halbuki həmin insanların jurnalistika ilə heç bir əlaqəsi olmayıb. Ola bilər ki, İkram Rafiqoğlu barəsində istintaq orqanları tərəfindən daha çox faktlar aşkarlanacaq. Jurnalistikaya, cəmiyyətə zərbə vuran bu insanlara qarşı mübarizə tədbirləri davam etdiriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm